Rapa Rozi | |
---|---|
Râpa Roșie | |
BTMB kateqoriyası — III (Təbiət abidəsi) | |
Sahəsi |
|
Yaradılma tarixi | 2000, 1968[1] |
Yerləşməsi | |
45°59′15″ şm. e. 23°35′29″ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rapa Rozi (rum. "red ravine - qırmızı yarğan) — Rumıniya ərazisində milli park. Təbiət abidələri qorunan milli park ölkənin Alba judetsində yerləşir. Geoloji və flora qoruğu olan Rapa Rozi Sekaşelor yaylasının cənub-qərb ucqarında, Secas çayının sağ sahilindədir. Sebeş şəhəri qoruq ərazisindən 4 km cənubdadır. Sahəsi 24 hektar olan milli park III qorunan ərazilər kateqoriyasına daxildir.[2] Eroziya və səth axınları nəticəsində bölgədə şiş qayalı relyef formaları meydana gəlmişdir. Qayalı ərazilərin sahəsi 10 hektardır. Rapa Rozi qoruğunun yerləşdiyi yüksəkliyin uzunluğu 800 metrdir. Qoruq ərazisinin hündürlüyü 50-125 metr arasında dəyişir. Maksimal hündürlük 984 metrdir. Çox yaruslu sütunlar, piramidalar, yarğanlar mikrorelyef formalaşdırır. Ərazi geomorfoloji baxımdan yararsız torpaqlar kateqoriyasına aiddir. Aşınmış süxurlar uzaqdan qırmızı rəngdə görsənir. Ərazidə əsasən çınqıl, kvars qumu və qumdaşı üstünlük təşkil edir.[3] Yağışlı mövsümdə quru yarğanlarda müvəqqəti axın-çay meydana gəlir.
Rapa Rozi haqqında ilk rəsmi məlumatı 1865-ci ildə W. Schuster vermişdir.[4] Məhs o bu bölgədə Usatov (Coțofeni) mədəniyyətini araşdırırdı. Aparılan arxeoloji qazıntılar nəticəsində bir çox qədim əşyalar tapılmışdır.[4][5]
Qoruq ərazisində nadir və endemik bitkilər var. Çiçəkli bitkilərdən tamkənaryarpaq dovşanalması, ikisünbülcüklü acılıqotu (lat. Ephedra distachya), giləvər (lat. Centaurea atropurpurea), Dianthus serotinus, Cephalaria radiate və Asplenium nigrum geniş yayılıb.[6] Rapa Rozi qoruğunda olan 144 bitki növündən 8 növü yoxa çıxmaq üzrədir. Faunasında əsasən quşlar, suda-quruda yaşayanlar və sürünənlər üstünlük təşkil edir.[7]
Rapa Rozi bölgəsində 1965-ci ildən daima paleontoloji araşdırmalar aparılır.[8]