RASSEL MALİFANT | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Ottava, Kanada |
Fəaliyyəti | xoreoqraf |
rmcompany.co.uk |
Rassel Malifant (18 noyabr 1961 — Ottava, Kanada)
Rassel Malifant öz qrupunu 1996-cı ildə təşkil etmiş və bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir.
"Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutmuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994–1995-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |