Raymond Pauls

Raymond Pauls
latış. Raimonds Pauls
Ümumi məlumatlar
Doğum adı Ojārs Raimonds Pauls
Doğum tarixi 12 yanvar 1936(1936-01-12)[1][2] (88 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janrlar caz, estrada[d], instrumental musiqi, Müzikl
Musiqi alətləri piano, akkordeon, royal[d]
Üzvlüyü
Mükafatları "Şərəf" ordeni "Şərəf" ordeni
SSRİ xalq artisti Latviya SSR xalq artisti
The Order of the Rising Sun, Gold Rays with Neck Ribbon "Üç Ulduz" ordeni "Etiraf" xaçı Order of the Three Stars, 2nd Class "Qütb ulduzu" ordeni
Lenin komsomolu mükafatı
"Şərəf" ordeni
Latviya SSR əməkdar incəsənət xadimi
raimondspauls.lv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyars Raymonds Pauls (12 yanvar 1936[1][2], Riqa) — Latviyada, Rusiyada, postsovet ölkələrində və dünyada tanınan latviyalı bəstəkarpianoçu.[3] O, 1988–1993-cü illərdə Latviyanın mədəniyyət naziri olub.

Raymond Pauls şüşə üfürmə fabrikinin işçisi Voldemars Pauls və tikişçi Alma Matilde Brodelenin ikinci övladıdır. Atası Voldemars karyerasına 15 yaşında, fabrikdə atasının yanında (Raymond Paulsun babası Adolfs Pauls) işə qoşulduğu zaman başlamışdır. Həmin vaxt, Voldemarsın anası Aleksandra, mağazasına Almanı köməkçi kimi işə götürdü. 1932-ci ildə Voldemars və Alma evləndilər. Təəssüf ki, onların ilk oğlu Qunars Voldemars dörd aylıq olarkən meningitdən öldü.[4]

Raymondun atası zərb aləti, babası isə skripka çaldığı üçün Voldemars oğlunun da musiqi aləti çalmasına qərar verir. Köhnə skripkası olan Raymond Riqadakı Musiqi İnstitutunun uşaq bağçası bölməsinə daxil olur. Müəllimlər onun çox gənc olduğuna və skripka çalmaq üçün "barmaqlarının yararsız olduğuna" qərar verdikləri üçün Raymond fortepiano dərslərinə başlayır.

1943-cü ildə Raymond Riqanın 7-ci İbtidai məktəbində təhsilə başladı, paralel olaraq o, professor Valeriys Zosts və müəllimlər Emma Eqlite və Yuta Dauqule ilə fortepiano dərslərinə davam etdi.

1946-cı ildə Raymond Emils Darzinş Orta Musiqi Məktəbinə qəbul edildi və üç il müddətinə buradakı təhsilini ibtidai məktəbdəki təhsili ilə paralel davam etdirməli oldu. 14 yaşında Raymond restoran və klublarda skripka və saksofon virtuozu Qunars Kuşkis ilə pianoda ifa təcrübəsi qazandı. 1949-cu ildə o, Riqanın 7-ci ibtidai məktəbində təhsilini başa vurdu. Həmin vaxt o artıq müstəqil olaraq müxtəlif caz bəstələrini öyrənmiş və onları təqlid edərək öz caz ifaçılığını inkişaf etdirmişdi.[5]

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Pāri, kas dabonas (Başa düşən aşiqlər) (1976)
  • Māsa Kerija (Kerri bacı) Teodor Drayzerin əsəri əsasında (1978)
  • Nāc pie puikām (Oğlanlara tərəf gəlin) (1982)
  • Vella būšana (A Matter of the Devil) (1987)
  • Meža gulbji (Meşə qu quşları) (1995)
  • Leģenda par Zaļo Jumpravu (Yaşıl qızın əfsanəsi) (2000)
  • Kubas melodijas (Kuba melodiyaları) (1963)
  • Ritmi, ritmi (Ritmlər, ritmlər) (1979)
  • Vitrāžas (Vitrajlar) (1979)

İnstrumental musiqi

[redaktə | mənbəni redaktə et]
  • 300-ə yaxın əsər, o cümlədən mahnıların instrumental variantları, xalq mahnılarının aranjimanları, klassik bəstəkar əsərlərinin aranjimanları.
  • Mahnılar və instrumental musiqi ilə 90-dan çox albom (©MicRec /Daiga Mazvērsīte)
Radio tamaşaları və tamaşalar üçün musiqi
Uşaqlar üçün təxminən 70 mahnı.

Rus dilindəki populyar mahnıları

[redaktə | mənbəni redaktə et]
  • "Milyon al qızılgül" ("Миллион алых роз") Alla Puqaçovanın ifasında
  • "Starinnıye çası" ("Старинные часы") Alla Puqaçovanın ifasında
  • "Maestro" ("Маэстро") Alla Puqaçovanın ifasında
  • "Bez menya" ("Без меня") Alla Puqaçovanın ifasında
  • "Pesnya na bis" ("Песня на бис") Alla Puqaçovanın ifasında
  • "Vozvraşşeniye" ("Возвращение") Alla Puqaçovanın ifasında
  • "Delu vremya" ("Делу время") Alla Puqaçovanın ifasında
  • "Zelyonıy svet" ("Зелёный свет") Valeri Leontyevin ifasında
  • "İsçezli solneçnıye dni" ("Исчезли солнечные дни") Valeri Leontyevin ifasında
  • "Kabare" ("Кабаре") Valeri Leontyevin ifasında
  • "Verooko" ("Верооко") Valeri Leontyevin ifasında
  • "Zatmeniye serdsa" ("Затмение сердца") Valeri Leontyevin ifasında
  • "Muza" ("Муза") Valeri Leontyevin ifasında
  • "Qodı stranstviy" ("Годы странствий") Valeri Leontyevin ifasında
  • "Posle Prazdnika" ("После праздника") Valeri Leontyevin ifasında
  • "Polyubite pianista" ("Полюбите пианиста") Valeri Leontyevin və ya Andrey Mironovun ifasında
  • "Daje esli tı uydyoş" ("Даже если ты уйдёшь") Valeri Leontyevin ifasında
  • "Tri minutı" ("Три минуты") Valeri Leontyevin ifasında
  • "Vernisaj" ("Вернисаж") Valeri Leontyev və Layma Vaykuleninifasında
  • "Yeşşo ne veçer" ("Ещё не вечер") Layma Vaykulenin ifasında
  • "Listya jyoltıye" ("Листья Жёлтые") Layma Vaykulenin ifasında
  • "Skripaç na krışe" ("Скрипач на крыше") Layma Vaykulenin ifasında
  • "Çarli" ("Чарли") Layma Vaykulenin ifasında
  • "O çyom iqrayet pianist" ("О чем играет пианист") Layma Vaykulenin ifasında
  • "Podberu muzıku" ("Подберу музыку") Yaak Yoalanın ifasında
  • "Ya tebya risuyu" ("Я тебя рисую") Yaak Yoalanın ifasında
  • "Siniy lyon" ("Синий лён") Larisa Mondrusun ifasında
  • "Lyubov nastala" ("Любовь настала") Roza Rımbayevanın ifasında
  • "Tanez na barabane" ("Танец на барабане") Nikolay Qnatıkın ifasında

Raymond Pauls Latviya SSR Ali Sovetinin üzvü olub və 1988–1993-cü illərdə Latviya hökumətində mədəniyyət naziri vəzifəsində çalışıb. 1993-cü ildə Latviya prezidentinin müşaviri olub. 1998-ci ildə o, Yeni Partiyanın lideri qismində Latviya parlamentinin, Seymin üzvü seçilib.[10] 2002-ci il seçkiləri öncəsi Xalq Partiyasına üzv olub, 2002 və 2006-cı illərdə partiya siyahısı ilə seçilib. Pauls 1999-cu il prezident seçkilərində iştirak etdi və ən çox səs topladı, lakin bu, lazımi səs çoxluğundan aşağı idi. O, vəzifədən imtina etməyi seçdi.

  1. 1 2 Raimonds Pauls // SNAC (ing.). 2010.
  2. 1 2 Raimonds Pauls // Discogs (ing.). 2000.
  3. "Biography for Raymond Paul". IMDb. 2011-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-02.
  4. "geni.com". 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  5. "Biogrāfija – Raimonds Pauls". 21 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2022.
  6. Tastevena, Irena. Latvijas enciklopēdija. Rīga: Valērija Belekoņa izdevniecība. 2002. ISBN 978-9984-9482-0-1.
  7. "Lāčplēša dienā valsts augstākos apbalvojumus saņems arī divi liepājnieki | liepajniekiem.lv". liepajniekiem.lv. 2016-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.
  8. "Decrees of the President of RA, On awarding of Raimonds Pauls". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-16.
  9. "Latvian maestro Raimonds Pauls awarded Japanese state decorations". Lsm.lv (ingilis). 2020-11-03. 2020-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  10. Latvia votes for Europe, The Economist, 10 October 1998

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]