Rebekka | |
---|---|
ing. Rebecca | |
Janr | triller |
Rejissor | Alfred Hiçkok |
Prodüser | Devid Selznik |
Əsərin müəllifi | Dafna dü Morye |
Ssenari müəllifləri |
Robert E. Şervud Coan Harrison |
Baş rollarda |
Lourens Olivye Coan Fonteyn |
Operator | Corc Barns |
Bəstəkar | Frans Uaksman |
Rəssam | Layl Uiler |
İstehsalçı | Selznick International Pictures |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1940, 1 oktyabr 1940, 12 aprel 1940[2] |
Filmin növü | bədii film |
Müddət | 130 dəqiqə |
Büdcə | 1,288,000 $[1] |
Gəlir | 6 milyon $[1] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1940 |
Rəng | ağ-qara |
IMDb | ID0032976 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
"Rebekka" (ing. Rebecca) — 1940-cı ildə rejissor Alfred Hiçkokun triller janrında çəkdiyi bədii film. Film Dafna dü Moryenin eyniadlı romanı əsasında çəkilmişdir. Baş rollarda Lourens Olivye və Coan Fonteyn çəkilib. Film iki "Oskar" mükafatına layiq görülüb.
Möhtəşəm rəqs gecələri ilə tanınan Menderli malikanəsinin sahibi Maksimillian de Vinter (Lourens Olivye) gözəl həyat yoldaşı Rebekkanın ölümündən bir il sonra Monte-Karloya gedir. Orada missis Van Hopper (Florens Beyts) və onun gənc ortağı ilə tanış olur. Zaman keçdikcə Maksimilian adını bilmədiyimiz bu gənc xanımla (Coan Fonteyn) maraqlanmağa başlayır. Tezliklə cütlük nikaha daxil olur. Ağciyər və utancaq qız üçün Menderlidə yaşamaq o qədər də asan olmur. Malikanədə olan hər bir şey keçmiş xanımı xatırladır. Hətta təsərrüfat işləri ilə məşğul olan missis Denvers (Cudit Anderson) qeyri-təbii şəkildə Rebekkaya sədaqət nümayiş etdirir, lakin bu yeni missis de Vinterin qismətinə düşən bədbəxtliklərin hələ başlanğıcıdır.
"Rebekka" filmi 11 nominasiyada Oskar mükafatına namizəd göstərilib və 2 nominasiyada mükafata sahib olub.[3] 1936-cı ildən etibarən bu yeganə filmdir ki, Ən yaxşı film nominasiyasında qalib olsa da, rejissor, aktyorlar və ssenari müəllifləri bu mükafata layiq görülməyiblər.
Mükafatlar | ||||
---|---|---|---|---|
Mükafat | Nominasiya | Namizəd şəxs | Nəticə | |
Oskar mükafatı | Ən yaxşı film | Selznick International Pictures Devid Selznik |
Qazandı | |
Ağ-qara filmdə ən yaxşı operator | Corc Barns[4] | Qazandı | ||
Ən yaxşı rejissor | Alfred Hiçkok | Namizəd | ||
Ən yaxşı uyğunlaşdırılmış ssenari | Robert E. Şervud Coan Harrison |
Namizəd | ||
Ən yaxşı aktyor | Lourens Olivye | Namizəd | ||
Ən yaxşı aktrisa | Coan Fonteyn | Namizəd | ||
Ən yaxşı ikinci plan aktrisa | Cudit Anderson | Namizəd | ||
Ən yaxşı montaj | Hel S. Kern | Namizəd | ||
Ən yaxşı orijinal musiqi | Frans Uaksman | Namizəd | ||
Ən yaxşı quruluşçu rəssam-dekorator | Layl Uiler | Namizəd | ||
Ən yaxşı vizual effektlər | Cek Kosqrov Artur Cons |
Namizəd |
"Rebekka" filmi iki dəfə AFI-nin AFI 100 Years… series siyahısına salınmışdır.
"Rebekka" filmi Heys Kodeksinə uyğunluqla bağlı Production Code Administration tərəfindən əsaslı surətdə araşdırılmışdı.[5] Buna səbəb filmdə lezbiyanlığa dair gizli mənanın mövcudluğu şübhəsi idi. Araşdırma uğurlu nəticə verdi, lakin filmdə lezbos xəttinin olması kino tədqiqatçıları və lezbiyan auditoriya tərəfindən sübuta yetirildi.[6][7] Ekranda açıq nümayişə qadağa meyilləri əslində bu istəyin aşkara çıxarılması üçün əlavə imkan yaratdı. Gizli məna ekran əsərinin daha dərin qatlarına baş vurulması ehtiyacını yaradırdı. Lazım olan obraz ayrı-ayrı detallardan yaradılır və bu mənanın yozumunda tamaşaçıların açıq iştirakını tələb edir.[5] Bir çox hallarda fərqli meyillərə malik qəhrəmanın təqdimatı zamanı məqsədli imtina əsas rol oynayır. Bu zaman obraz yalnız digər qəhrəmanların xatirəsində "yaşayır". Oxşar variant "Rebekka"da da ehtiras hədəfi təsərrüfatçı missis Denversin filmdə yoxluğu kimi istifadə olunub.[7][8] Belə olduqda, qadağan olunmuş münasibətlər tamamilə aradan qaldırılır. Bu münasibətlər qarşı tərəfin iştirakı olmadığına görə, yolverilməz görünür və senzuradan yan keçməni təmin edir, lakin bu təfsir ehtimalından azad etmir, əksinə izaha açar vasitə kimi xidmət edir. Rebekkanın yoxluğu, əslində süjetdə lezbiyan münasibətlərinin olmadığını qəsdən nəzərə çarpdırmaq kimi şərh edilə bilər. Bu məsələ filmin prodüseri Devid Selznikin sözlərində də öz əksini tapır:[9]
Biz seksual pozğunluğa yol verməyəcəyik, hətta bu ehtimal olunsa belə. |
Missis Denvers obrazı tipik "lezbos dəsti" kimi stereotip cizgilərilə yaradılıb və Amerika kinematoqrafiyasının 1920-ci illərdən başlamış dövrü üçün səciyyəvidir: kobud rəftarlı, qəddar, qarayanız, daima qapalı tünd paltarlar geyinən qadın nümunəsi. Onun heç bir zahiri əlamətində şəfqət hissi duymaq mümkün deyil və hətta onun mübtəlalığı birbaşa ölmüş insana istiqamətlənib.[6][7][10] Missis Denversin lezbiyanlığa meyli həmin dövrün digər klassikası "Çağırılmamışlar" filmindəki miss Holloveyin oriyentasiyasını xatırladır.[11][12] Rebekkanın özünün homoseksuallığı sualı isə açıq qalır və tədqiqatçılar arasında buna birmənalı yanaşan yoxdur.[12] Lakin Rebekka rolunun qadın ehtirasının hədəfi olması ehtimalı da var.[6][13]