Rebekka Matte Bello | |
---|---|
isp. Rebeca Matte Bello | |
![]() | |
Doğum tarixi | 29 oktyabr 1875[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 may 1929[3] (53 yaşında) |
Vəfat yeri |
|
Milliyyəti | çilili |
Fəaliyyəti | heykəltaraş, rəssam |
Təhsili | |
Janr | heykəltaraşlıq |
Təsirlənib | Ogüst Rodin[4] |
![]() |
Rebekka Matte Bello (isp. Rebeca Matte Bello; 29 oktyabr 1875[1][2], Santyaqo[5] – 14 may 1929[3], Fyezole, Toskana və ya Florensiya) — Çili heykəltaraşı.
Əsərləri Çili Milli Təsviri İncəsənət Muzeyində sərgilənir. Muzeyin xaricində sərgilənən və ölkənin ən tanınmış əsərlərindən olan "İkar və Dedal" da onun əsəridir.[6]
29 oktyabr 1875-ci ildə Çilinin paytaxtı Santyaqo şəhərində anadan oldu.[7] Rebekka Reyes və səfir Avqust Mattenin tək uşağı idi. Santyaqoda nənəsinin himayəsi altında yaşadı. Xose Viktorino Lastarriya, Qabriel Jordan və Alberto Blest Qana kimi Çilinin şəxsiyyətləri ilə tanış oldu. Atasının Parisə getməsindən sonra təhsilini Avropada davam etdirdi.
Avropadan öncə Romada Culio Monteverde, daha sonra Parisdə Lui-Erne Dübia və Denis Puex ilə işlədi.[8] Gəncliyində Ogüst Rodinin əsərlərindən təsirləndi.[4] Diplomat Pedro Felipe Larrain İniqes ilə evlənən heykəltaraşın Lili İniqez Matte adlı qızı oldu.[7] Qızının 1926-cı ildəki ölümündən sonra heykəltaraşlığı buraxdı.[7]
1908-ci ildə Çili hökumətinin sifarişi ilə Haaqa şəhərindəki Beynəlxalq ədalət məhkəməsi üçün heykəl hazırladı. 1914-cü ildə tamamlanan heykəlin adı "Müharibə" idi. Çili hökumətinin digər sifarişləri üzərində də işləməyə davam edən Rebekka 1914-cü ildə Santyaqo şəhərində ucaldılan "Konsepsion qəhrəmanları" heykəlinin müəllif oldu. Sənətkar 1918-ci ildə Florensiya Təsviri İncəsənət Akademiyasında dərs verdi.
Qızı Lilinin vərəm xəstəliyinə yaxalandığı məlum oldu və 1926-cı ildə İsveçrədə, Alp dağlarında müalicə alarkən həyatını itirdi. Bu hadisədən sonra özünə gələ bilməyən Matte heykəltaraşlığı buraxdı və qızı adına xeyriyyə işləri ilə məşğul olmağa başladı. Matte 14 may 1929-cu ildə vəfat etdi.
Ölümündən sonra həyat yoldaşı "İkar və Dedal" heykəlini Çili Milli Təsviri İncəsənət Muzeyinə bağışlamışdır. Əsər Çili hökuməti tərəfindən Braziliya hökumətinə hədiyyə etmək üçün hazırlanan və Rio de Janeyrodakı orijinal bürünc heykəlin surətidir və 1930-cu ildə muzeyin xaricinə yerləşdirilmişdir.