Resident Evil 7: Biohazard

Resident Evil 7: Biohazard
Loqonun şəkli
"Resident Evil 7: Biohazard" oyunun rəsmi afişası
"Resident Evil 7: Biohazard" oyunun rəsmi afişası
Hazırlayanlar Capcom
Yayımlayanlar Capcom
Buraxılış tarixləri 24 yanvar 2017, 26 yanvar 2017, 24 may 2018, 9 dekabr 2020, 1 aprel 2021, 13 iyun 2022, 16 dekabr 2022, 2 iyul 2024[2]
Sonuncu versiya
  • 1.04 (11. Dezember 2017)
Sonuncu beta-versiya
  • 1.04 (11. Dezember 2017)
Janr survival horror, birinci şəxs atıcı
Texniki məlumat
Platforma Microsoft Windows[1], Xbox One, PlayStation 4, Nintendo Switch[d], İOS, iPadOS[d], macOS
Oyun rejimi birnəfərli oyun[1]
İnterfeysin dili ingilis dili[1], fransız dili[1], italyan dili[1], alman dili[1], ispan dili[1], yapon dili[1], braziliya portuqal dili[1], ərəb dili[1], koreya dili[1], rus dili[1], sadələşdirilmiş Çin dili[d][1], ənənəvi Çin dili[d][1], polyak dili[1]
Daşıyıcı Blu-ray Disc, rəqəmsal distribusiya
İdarəetmə geympad, kompüter klaviaturası, kompüter siçanı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Resident Evil 7: Biohazard (azərb. Şər yuvası 7: Biotəhlükə‎) — “Capcom” tərəfindən hazırlanmış və 2017-ci ildə satışa çıxarılmış survival horror janrındakı videooyun. Oyunda yeni baş qəhrəman olan İtan Vinters təqdim edilib. Bu şəxsin əsas məqsədi arvadı Mianı Luiziana ştatındakı xaraba qalmış plantasiya evində yaşayan amansız Beyker ailəsinin əlindən qurtarmaqdır. “Resident Evil 7”, seriyanın əvvəlki döyüş yönümlü oyunları olan “Resident Evil 5” və “6”dan daha qorxulu və yavaş templidir. Bu, seriyanın birinci şəxs baxış bucağından idarə olunan ilk oyunudur.

“Capcom” bu videooyunu özünün yeni “RE Engine” adlı qabaqcıl oyun mühərrikindən istifadə edərək hazırlamışdır. Oyunun inkişafına “Resident Evil: Revelations”dakı işinə görə tanınan Koşi Nakanişi rəhbərlik edib. Tərtibatçılar proses zamanı 1981-ci ildə ekranlara çıxan “Qorxunc ölülər” filmindən ideyalar alıblar. Oyunun demosu olan “Kitchen” 2015-ci ildə keçirilən “E3” sərgisində nümayiş olunub. Bu demo bir neçə dəqiqəlik qısa VR təcrübəsi idi. “Resident Evil 7”nin rəsmi təqdimatı bir il sonra “E3 2016”da baş tutub. Oyuna sonralar iki yüklənə bilən məzmun əlavə edilib. Bu “DLC”lərə ”Not a Hero” və “End of Zoe” daxildir.

“Resident Evil 7” 2017-ci ilin yanvarında PlayStation 4, WindowsXbox One üçün satışa çıxarılıb. Oyunun davamı olan “Resident Evil Village” 2021-ci ildə buraxılıb.

“Resident Evil 7: Biohazard” qorxu oyunudur, burada əsas personaj birinci şəxs perspektivindən idarə edilir. Bu, seriyanın bu tip görünüşdən istifadə edən ilk əsas oyundur. Yeni protaqonist olan İtan Vinters üzərində nəzarət oyunçuların ixtiyarına verilir. Bu şəxsin yolu Luizana ştatındakı “Beyker” (ing. Baker) ailəsinə məxsus olan bir kənd ərazisinə düşür. Onun yeganə arzusu arvadı Mia Vintersi xilas etməkdir.[3] Oyunçular oyun mühitində sərbəst dolaşa, irəliləyişlərində kömək edəcək müalicəvi vasitələri, silah və sursatlar kimi itemləri kəşf edib yararlana bilərlər. Oyunda oyunçunun istifadə etməsi üçün əlavə edilmiş bir sıra yeni hərəkətlər var. Bunlardan biri düşmən hücumlarını bloklamaqdır, İtan bu sayədə ala biləcək zərərdən qorunur. Başqa bir hərəkət isə çöməlməkdir ki, bu da xarakterə dar yerlərə gizlənməyə və düşmənləri aşkar edilmədən (ing. stealth) məhv etməyə kömək edir.

Oyundan skrinşot.

İtan oyunun gedişatında Beyker ailəsinin üzvlərilə, eyni zamanda ona hücum edib öldürməyə çalışan “Molded” adlı insanaoxşar bədheybətlərlə qarşılaşır. İtan təlim keçmiş döyüşçü olmasa da, özünü müdafiə etmək üçün plantasiyanın ətrafında tapılan bıçaqlar, mişarlar, tapançalar, ov tüfəngləri və müvəqqəti odsaçanlar kimi müxtəlif silahlardan istifadə etməkdə bacarıq nümayiş etdirir. İtan hərəkətdə olarkən düşmənlərə dəqiqliklə atəş aça bilir. Oyundakı silahlar digər oyunlardakılarla müqayisədə daha az təsirə malikdir. Düşmənlər möhkəm və dayanıqlıdırlar, hücumlardan qaçmağa və onlara qarşı çıxmağa qadirdirlər, ona görə də “stealth”dan istifadə etmək və lazım olduqda geri çəkilmək tövsiyə olunur. İtan oyunda zədə aldıqda, ekranda sıçrayan qana baxaraq onun nə qədər zərər gördüyünü bilmək olur. Həmçinin İtanın biləyində onun sağlamlıq statusu və topladığı inventar əşyaları barədə məlumat verən ağıllı saat var. Oyunda tapılan ot bitkiləri və ilk yardım məhlulları İtanın döyüşlərdə aldığı xəsarətləri sağaltmaq məqsədilə istifadə edilə bilər.

İtanın inventarında əşyalar üçün məhdud sayda yer olur. Oyun zamanı tapılan bel çantaları sayəsində item yerləri genişləndirilə bilər. Oyunda təhlükəsiz otaqları var ki, ora düşmənlər daxil ola bilməzlər. Bu otaqda oyunçuların saxlamaq istədikləri əşyalar üçün nəzərdə tutulmuş əşya qutuları da var. Oyundakı irəliləyişin saxlanması “tape recorder” vasitəsilə həyata keçirilir. Oyundakı bəzi əşyalar oyunçular tərəfindən silah və sağlamlıq paketləri hazırlamaq üçün birləşdirilə bilər — kraftinq nəticəsində hazırlanan itemlərdən biri xüsusi dərmanlar olan stimulyantlardır, hansı ki, qısa müddət ərzində toplanmamış əşyaların yerini göstərir. Oyun böyük ölçüdə araşdırma tələb edir, hekayəni irəli aparmaq istəyən oyunçular ətrafa yaxşıca baxmalı və ipucular əldə etməlidirlər. Oyunda rast gəlinən VHS kasetləri hekayə haqqında məlumat verən və oyunda tapmacaların həllinə kömək edə bilən videoları göstərir. Bu xüsusiyyət “Resident Evil 2”dəki “Zapping System”ə bənzəyir.

Oyunçu üç çətinlik parametrindən birini seçə bilər: Normal, Asan və “Madhouse” (kilidi oyunu tamamladıqdan sonra açılır). Bu parametrlər düşmənlərin gücü, əşyaların mövcudluğu və oyunda avtomatik saxlama tezliyi kimi amilləri dəyişir. “Madhouse” (azərb. Dəlixana‎) rejimində oyunçular irəliləyişlərini saxlamaq üçün əvvəlcə bir kaset tapmalı və sonra onu “tape recorder”ə daxil etməlidirlər. Oyunçular oyunu bitirən zaman bonus əşyaları qazana bilərlər. Buna daxildir: limitsiz döyüş sursatı olan silahlar, daha yaxşı görməyə imkan verən eynək və ya daha sürətli qaçmağa yarayan ayaqqabı kimi şeylər. Oyunun PS4 versiyası PlayStation VR başlıqlarından istifadə etməklə virtual reallıqda oynana bilər.[4]

2017-ci ildir, sirli keçmişi olan İtan Vinters adlı bir adam üç ildir ki, yoxa çıxan və öldüyü güman edilən itkin düşmüş arvadı Miadan mesaj aldıqdan sonra onun yanına, Luiziana ştatının Dulvey şəhərindəki dağılmış plantasiyaya gedir. İtan çatanda, tərk edilmiş görünən bir ferma evi ilə rastlaşır. Qapıdan içəri addım atanda görür ki, evin işıqları kəsilib. Fənərini yandırır və qonaq otağında axtarış edərkən zirzəmiyə düşür. İtan Mianın barmaqlılar arxasında tutulub saxlandığını öyrənir. Huşsuz vəziyyətdə olan Mia ayılıb İtanın gəlişini görəndə şoka düşür. İtana deyir ki, mən səni çağırmamışdım, burda olmamalı idin. Mia kamerasından çıxan zaman "ata" gəlməmiş getməliyik deyir. İtan onun arxasınca düşür. Yol zamanı ikisi bir dənə otaq tapırlar. Həmin vaxt Mianın bədənini sanki şeytan ələ keçirir, o, dəliyə dönür və İtana hücum edib ona bıçaqla xəsarətlər yetirir. Dava zamanı İtan onu sakitləşdirməyi bacarır. Dərhal sonra otaqdakı ev telefonu zəng çalır. Məlum olur ki, zəng edən şəxs Zoe adlı qadındır. O, İtana evin çardağına çıxaraq evdən qurtula biləcəyini deyir. İtan çardağa gedən zaman Mia anidən peyda olub onun sol qolunu elektrikli mişarla kəsir və sonra yoxa çıxır. Əlini itirib ayağa duran İtan qan itirə-itirə pilləkənlər vasitəsilə yuxarı mərtəbəyə qalxır. O, otaqların birindən tapança götürür. İtan çardağa getməyə davam edərkən Mia qəfildən yenə ona elektrikli mişar ilə hücum etməyə başlayır. İtan onu tapança ilə gülləyərək dayandırır. Daha sonra Beyker ailəsinin kişisi olan Co Beyker İtanı anidən başından yumruqla vuraraq yerə yıxır. İtan başından təpik zərbəsi alanda huşunu itirir.

Beyker ailəsinin üzvləri şam yeməyi zamanı.

İtan özünə gələndə görür ki, Beykerlər onu əli-qolu bağlı vəxiyyətdə süfrə qarşısında əyləşdirib. Lukas, Marquerit və ailə başçısı olan Cek yemək yeyir, İtan isə soruşur ki, axı siz kimsiniz ay millət? Mia hanı?. Onlar İtana yeməyin dadına baxmağı təklif edirlər. Bu zaman Lukas boşqabı götürüb İtanın təpəsinə tullayır. Buna əsəbləşən Cek ayağa qalxıb onun əlini bıçaqla kəsir və İtana doğru yaxınlaşır. Cek süfrədəki insan ətindən hazırlanmış yeməkdən bir tikə alıb İtanın ağızına soxur. Marquerit Cekə dillənir ki, İtan onun üçün bişirdiyim yeməyi yemir. Cek hirslənib onu mətbəxdən qovur. Cek itana bıçaqla işgəncə edir ki, onun üçün hazırlanmış yeməyi yesin. Bundan sonra ata-bala ikisi də otağı tərk edirlər. İtan tezcə özünü bağlı vəziyyətdən xilas edir və çıxış yolu tapmaq üçün evin otaqlarını dolaşmağa başlayır. Ardınca Cek onu yaxalayıb kürək ilə ayağını qoparır. İtan ayağını sağaldan kimi qaçır. İtan evin aşağı qatına düşəndə ev telefonuna Zoidən zəng gəlir. O, evdən çıxış yolunun zalda ola biləcəyini bildirir. İtan pəncərənin yaxınlığında olarkən polis əməkdaşının gəldiyini görür. Polis İtandan istəyir ki, qaraja getsin və orada danışaq. İtan ondan tapançasını verməsini xahiş edir, lakin polis bunun əvəzinə bıçağını verir. Qarajda olarkən polis suallar verirdi ki, birdən arxasından ortaya çıxan Cek onu başından kürəklə vuraraq öldürür. İtan tez-bazar polisin tapançasına yiyələnib qarajda saxlanılan öz avtomobilə minir. Cek maşının üstünə tullanır və onu divara çırpır. İtan düşəndə maşın alışıb yanmağa başlayır. Partlayış nəticəsində Cek aldığı yanıq xəsarətlərinə görə yerə sərilir..

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Steam. 2003.
  2. https://x.com/RE_Games/status/1800186297782612202.
  3. "Resident Evil 7 biohazard" (ingilis). ESRB. 2020-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-10.
  4. Kollar, Philip. "Resident Evil 7 review". Polygon (ingilis). 2017-01-23. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]