Rey Kavakubo

Rey Kavakubo
yap. 川久保玲
Bəzi işləri.
Bəzi işləri.
Doğum tarixi 11 oktyabr 1942(1942-10-11)[1][2][…] (82 yaş)
Doğum yeri
Təhsili Keyo Universiteti
Fəaliyyəti biznes ledi, stilist[d], dizayner
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rey Kavakubo (川久保 玲?, 11 oktyabr 1942[1][2][…], Tokio[d])Yaponiya dəb dizayneri. "Comme des Garçons" və "Dover Street Market" brendlərinin qurucusudur. Görkəmli dizayn töhfələrinə görə Nyu-Yorkda yerləşən Metropoliten muzeyində onun dizaynlarına həsr olunmuş sərgi baş tutmuşdur.[3]

Rey Kavakubo 11 oktyabr 1942-ci ildə Tokioda doğulmuşdur. Ailənin ən böyük övladı və yeganə qız övladı idi. Atası Keyo Universitetində administrator işləyirdi. Buna görə də Kavakubo 1960-cı ildə Keyo Universitetində təsviri incəsənət və ədəbiyyat təhsili almağa başlamışdır.[4]

1964-cü ildə məzun olduqdan sonra "Asahi Kasei" parça şirkətinin reklam departamentində işləməyə başlamış, 1967-ci ildə frilans stilist olmuşdur. 1969-cu ildə "Comme des Garçons" leyblı altında öz paltarlarını dizayn etməyə başlamışdır.[5]

1969-cu ildə Tokioda "Comme des Garçons" adlı şirkətini qurmuşdur. 1975-ci ildə isə ilk butiki açılmışdır.[6] 1982-ci ildə Parisdə ilk butikini açmışdır.[7] 1980-ci illərdə libasları adətən qara, boz, ağ rənglərdə idi. Qara rəngdən çox istifadə etdiyi üçün Yaponiya mediası Kavakubo və onun davamçılarını "Qarğalar" adlandırmağa başlamışdır. 1980-ci illərdin sonundan etibarən libaslarında istifadə etdiyi rənglərin çeşidi artmışdır.[8]

1990-cı illərin əvvəlində "Six" adlı jurnalını qurmuşdur.[9] 1996-cı ildə "Visionaire" nəşrinin qonaq redaktoru olmuşdur. 2002-ci ilə kimi məhsullarını reklam etmək üçün LGBT istinadlarından istifadə etməyə davam etmişdir. Kavakubo Helmut Lanq, Ann Demelmeyster, Martan Marjela kimi dizaynerlərə ilham vermişdir.

2004-cü ildə "Dover Street Market" brendini qurmuşdur. Bu brendin bir çox şəhərdə filialları açılmışdır. 2017-ci ildə Nyu-Yorkda yerləşən Metropoliten muzeyi Kavakuboya həsr olunmuş sərgi keçirmişdir.

  1. 1 2 Blumberg N. Rei Kawakubo // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Rei Kawakubo // Brockhauz Ensiklopediyası (alm.).
  3. "Vogue Magazine. Announcement of Kawakubo exhibition in New York 2017". 2017-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-20.
  4. Thurman, Judith. "The Misfit: Rei Kawakubo is a Japanese avant-gardist of few words, and she changed women's fashion". The New Yorker. 4 July 2005. 14 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2018.
  5. "Rei Kawakubo | #BoF500 | The Business of Fashion". The Business of Fashion (ingilis). 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-26.
  6. Klensch, E. (1 August 1987). Fashion: Another world of style: Rei kawakubo. Vogue,177, 306-306, 307, 308, 309, 377.
  7. Bodine, S., & Idzelis, D. (2002). Kawakubo, Rei. In T. Benbow-Pfalzgraf (Ed.), Contemporary Fashion (2nd ed., pp. 365-368). Detroit: St. James Press.
  8. "History of Fashion Designer Rei Kawakubo". marybawa.com. 8 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-08.
  9. Martin, Richard. Contemporary fashion (ingilis). 1995-01-01. ISBN 1558621733. OCLC 32746769.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]