Riçi Sambora

Riçi Sambora
ing. Richard Stephen Sambora
Ümumi məlumatlar
Doğum tarixi 11 iyul 1959(1959-07-11)[1] (65 yaş)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müğənni-mahnı yazarı, bəstəkar
Fəaliyyət illəri 1977-ci ildən
Janr rok
Musiqi alətləri gitara
Səs tembri tenor
Albom şirkəti Mercury Records[d]
Üzvlüyü
bonjovi.com/bonjovi/theb…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riçi Sambora (ing. Richie Sambora; əsl adı Richard Stephan Sambora) — ABŞ-dən olan musiqiçi. Bon Jovi qrupunun gitaristi.

Riçard Stefen Sambora 11 iyul 1959-cu ildə anadan olub. Riçi Samboranın uşaqlığı Polşalı atası Adam C. Sambora (ailəsinin mənşəyi Krakov'a qədər gedir) və İtalyan ana Joan Sienila ilə Nyu Cersidə Woodbridge Township'də keçib. Woodbridge Liseyində təhsil alan Sambora, 1970-ci ildə Cimi Hendriksin ölümündən sonra gitara çalmağa başladı. Ən başından bəri ilham qaynağı blues və 60-cı illərin rock'n'roll-u idi. İdealı isə Erik Klapton, Cimi Hendriks, Jeff Beck, Stevie Ray Vaughan, Johnny Winter və Jimmy Page'dir. Eyni zamanda İspan klassik musiqisindən də ilham almışdır.

1991-ci ildə "Stranger In This Town" adlı ilk solo albomunu çıxardan Sambora, blues ağırlıqlı albom, tənqidçilərin və pərəstişkarların sevgisini qazandı. Erik Klapton Mr. Bluesman mahnısında ana gitaraçı olaraq yer aldı. Sambora albomu dəstəkləmək üçün qısa bir Amerika turuna çıxdı. Bu tunrnedə ona Tony Levin (bas), Dave Amato (gitara), Crystal Taliefero (perkussiya), Tiko Torres (vurma alətlər) və Devid Brayan (piano) yoldaşlıq etdilər.

1998-ci ildə Sambora, "Undiscovered Soul" adlı ikinci solo albomunu çıxartdı. Sambora albomu dəstəkləmək üçün 1998-ci ilin yazında Yaponiya, AvstraliyaAvropada turnelərə çıxdı. Bu turnede ona, Ron Wikso (vurma alətlər), Kasim Sulton (bas gitara), Tommy Mandel (piano), Everett Bradley (zərb alətləri — Yaponiyada), Gioia Bruno (zərb alətləri — Australya'da) və Crystal Taliefero (zərb alətləri — Avropada) yoldaşlıq etdi.

1999-cu ildə Sambora, Stuart Smithin "Stuart Smith's Heaven & Earth" albomunda əlacə vokal oldu və Deep Purple-in "When a Blind Man cries" mahnısına tənzimləmə etdi. Sambora, Steven Seagal'ın 1997-ci il istehsalı aksiyon filmi Fire Down Below'un son səhnəsində "Long Way Around" mahnısını səsləndirir və filmin xüsusi film musiqiləri albomunda bu mahnı yer alır.

Pinkin 2001-ci ildə çıxardığı "M!ssundaztood" albomunda yer alan "Misery" mahnısını Stiven Taylor'la birlikdə səsləndirdi. 2004-cü ildə, Sanctuary Records öz adı ilə 1978-ci ildə Sharky Frenzy tərəfindən yazılmış bir albom çıxardı. Bu Riçi Sambora'nın yer aldığı ilk albom olaraq sənədləşdirilmişdir.

Sambora Avstraliyalı rok/pop müğənnisi Shannon Holl'un üçüncü albomu "Turn It Up"-da bir çox mahnını musiqiçi ilə birlikdə yazmışdır və bir çox mahnıda da gitara çalmışdır. Con Bon Covi və Desmond Child ilə birlikdə Şer üçün bir albom hazırladı və Alice Cooper üçün Con Bon Covi ilə birlikdə "Hell Is Living Without You" adlı mahnını hazırladı.

Studiya albomları

[redaktə | mənbəni redaktə et]
  • 1991 — Stranger in This Town
  • 1998 — Undiscovered soul
  • 2012 — Aftermath of the Lowdown
  1. Richard Stephen Sambora // Roglo. 1997.