Riqa Beynəlxalq Hava Limanı | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
56°55′15″ şm. e. 23°58′15″ ş. u.HGYO |
|||||||||||
IATA: EVRA – ICAO: RIX |
|||||||||||
Məlumat | |||||||||||
Hava limanı tipi | ictimai | ||||||||||
Ölkə | |||||||||||
Açılış tarixi | 1974 | ||||||||||
Operator | Dövlət | ||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Rəsmi saytı | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Riqa Beynəlxalq Hava Limanı — Latviyanın əsas hava limanı. Şəhər mərkəzindən 13 km aralıda, Marup diyarı ərazisində yerləşir.
Riqa hava limanı Rribaltika regionunun ən iri yük və sərnişin dövriyyəsinə sahibdir. Riqadan dünyanın düz 31 ölkəsinə bir başa reyslər təşkil edilir. Hava limanı Latviya Respublikasının Rabitə Nazirliyinin balansındadır. 5 Latviya aviaşirkəti üçün baza funksiyasını daşıyır:airBaltic, Raf-Avia, SmartLynx, Inversija, Vip Avia. Hava limanının ən iri şirkəti airBaltic-dir.
2005-ci ildə Münhendə Beynəlxalq hava limanları birliyinin Avropa təşkilatı Riqa hava limanını Avropanın ən yaxşı hava limanı olaraq təstiqləmişdir. Burada illik sərnişin daşıma 5 milyonu keçir.
17 oktyabr 2008-ci ildə uçuş-eniş zolağı yenilənmişdir. Onun uzunluğu 650 metrdən 3,2 kilometrə qədər uzanmışdır. Rəsmi istifadəyə 30 oktyabrda baş tutmuşdur. Bu işlərin tamamlanması üçün 23, 58 mln avro (16,51 mln lat) xırclənmişdir.
2009-ci ildə Riqa Beynəlxalq hava limanı ilk dəfə olaraq «Top-100» reytinq cədvəlinə düşmüşdür. Burada həmin ilin 24-30 avqust tarixlərində 66,427 sərnişinə xidmət göstərilmişdir.
1993 | 1994 | 1995 | 1996 | 1997 | 1998 | 1999 | 2000 | 2001 | 2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
310 | 398 | 504 | 506 | 535 | 555 | 562 | 574 | 623 | 633 | 712 | 1 060 | 1878 | 2495 | 3161 | 3691 | 4066[3] | 4664 | 5107 | 4768 | 4793 | 4814 | 5162 | 5400 |
2009-cu ildə sərnişin dövriyyəsi 10,2 %, 2011-ci ildə isə 9,5 %[4] təşkil etmişdir.
Aeroflot - Moskva (Şeremetovo)
airBaltic - Amsterdam, Barselona, Berqen, Berlin, Billunn, Brüsel, Budapeşt, Buxarest, Varşava, Vyana, Vilnyus, Hamburq, Dyuseldorf, Kalininqrad, Kiyev, Kopenhagen, Minsk, London, Milan, Moskva (Vnukovo (30 oktyabr) Domodedovo, Şetemetovo), Münhen, Olesunn, Oslo, Roma, Palanqa, Paris, Stavanger, Sankt-Peterburq, Stokholm, İstanbul, Tel-Əviv, Aberdin, Abu-Dabi, Tiflis, Bakı, Turku, Helsinki, Sürix, Frankfurt
Mövsümü: Aberdin, Abu-Dabi, Afina, Bakı, Burqas, Varna, Venesiya, Göteburq, Larnaka, Malta, Nissa, Kişinyov, Odessa, Olbiya, Palma-de-Malyorka, Poprad, Rieka.
LOT Polish Airlines - Varşava
Lufthansa - Frankfurt
Norwegian Air Shuttle - Kopenhagen, Oslo, Stokholm, Trohryn.
Ryanair - Berqamo, Bremen, Vese, Qlazqo, Dublin, İst-Midlends, Köln, (26 oktyabr 2014),Lids-Bradford (26 oktyabr 2014), London, Mançester, Oslo, Frankfurt Şarleura (26 oktyabr 2014)
Mövsümü: Milan (2 iyun 2014)
SmartLynx Airlines - Antalya, Afina, Burqas, İraklion, Las-Palmas-de-Qran-Kanasiya, Lüksemburq, Monastr, Tenerife, Xurqada, Şarm-eş-Şeyx
Turkish Airlines - İstanbul.
Uzbekistan Airways - Con-Kennedi (Nyu-York), Daşkənd
Wizz Air - Barselona (22 iyun 2014), Berqen, Bove (20 iyun 2014), Dortmunt (31 avqust 2014), London, Oslo
Onur air - (Mövsümü) Altalya
Hava limanından şəhər mərkəzinə istər taksi istərsə ictimai nəqliyyat vastələri ilə getmək mümkündür.