Riqa körfəzi

Riqa körfəzi
latış. Rīgas jūras līcis‎, est. Liivi laht
Ümumi məlumatlar
Tip Körfəz
Sahəsi 18100 km²
Dərin yeri 54 m
Orta dərinliyi 26 m
Tökülən çaylar Dauqava, Pyarnu, Lielupe, Qauya, Salatsa
Duzluluğu 4,5 
Yerləşməsi
57°37′32″ şm. e. 23°35′05″ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
Riqa körfəzi xəritədə
Riqa körfəzi
Riqa körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Riqa körfəzi (latış. Rīgas jūras līcis — Riqa dəniz körfəzi, est. Liivi laht — Liv körfəzi) — LatviyaEstoniya arasında və Baltik dənizin şərqində yerləşən körfəz. Dənizin qalan hissəsindən Estoniyaya məxsus olan Moonsund arxipelaqın adaları ayırır.

Körfəzin ümumi sahəsi 18,1 min km², eni 137 km, maksimal dərinliyi isə 54 m.[1]

Riqa körfəzin sahillində yerləşən əsas şəhərlər Riqa, PyarnuduYurmaladı. Saaremma adasında qədim Kuressaare şəhəri vardır.

Körfəzin qərb sahilli "Liv" adlanır və qorunan mədəni zona sayılır.

Fiziki-coğrafi xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Yayda suyun temperaturu 18 °C qədər qalxır, qışda 0-1° С qədər düşür, buna görədə körfəzin səthi dekabrdan aprelə qədər buzla örtülür. Duzluluğu 3,5—6 ‰.

Burada fırlanan cərəyanlar dövran edir, onların orta sürəti saniyədə 8 sm.

Körfəzə tökülən çaylar: Dauqava, Lielupe, Qauya, Salatsa, Pyarnu, Age, Svetupe, Roya və daha kiçik digər çaylar.

Baltik dənizinə daxil olan şirin sulu stok, onun həcminin iki faizını təşkil edir. Şimal dənizi ilə dar əlaqə olması deməkdir ki, su burada orta hesabla 30 il qalır. Bu iki xüsusiyyət Baltik dənizinin dünyanın ən böyük şor hovuzlarından birini etmək gücündədi. Riqa körfəzində Baltik dənizinin duzun orta konsentrasiyası vardır. Şirin suyun 0,5 promill konsentrasiyası var, dəniz suyunun isə təxminən 30 promill. Duz stratifikasiyasının qatı təxminən 70 metr dərinliyində yerləşir. Baltik dənizi İrbe boğazı vastəsi ilə Riqa körfəzinə birləşir.

  1. Gulf of Riga (Baltic Sea) Arxivləşdirilib 2014-10-07 at the Wayback Machine — Britannica Online Encyclopedia