Şəhər | |
Riyeka | |
---|---|
Rijeka Fiume Fiume | |
45°19′47″ şm. e. 14°25′56″ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Region | Primorsko-Qoranski jupaniyası |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Fiume |
Sahəsi | 44 km² |
Mərkəzin hündürlüyü | 0 m |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 128 624 nəfər (2011) |
Etnoxronim | 305000 |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +385 51 |
Poçt indeksi | 51000 |
Nəqliyyat kodu | RI |
Digər | |
rijeka.hr (xorv.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Riyeka (xorv. Rijeka) — Xorvatiyanın Zaqreb və Splitdən sonra üçüncü ən böyük şəhəri. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhali sayı 128 624 nəfər (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır.
Şəhər Riyeçina çayının mənsəbində (eyni adlı körfəzə tökülür) yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə "çay" mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri: liman, gəmiqayırma və turzimdir.
Burada tapılan Neolit dövrünün tapıntıları insanların qədim vaxtlardan bu ərazilərdə məskunlaşdığını sübut edir. İlk yaranan qəsəbələr Tarsatia və Liburni adlanırdı. E.ə. I əsrdə Roma İmperiyası tərəfindən tərəfindən işğal edilmişdir. Roma İmperiyasının dağılmasından sonra, şəhər Frank dövlətinə birləşdirildi.
VII əsrdə buraya slavyanlar gələrək yerli əhali ilə qarışırlar. Şəhər Xorvat krallığına daxil olur, sonra isə Xorvat-macar dövlətinə birləşdirilir.
Şəhər I Dünya müharibəsinə kimi Avstriya-Macarıstan İmperiyasının tərkibində (1805-1813-cü illər aralığında Fransa İmperiyasının işğalı altında) qaldı.
XV-XVIII əsrlərdə Fiume (Riyeka) Avstriya imperiyası üçün böyük əhəmiyyət kəsb edir, İstriya və Dalmasiyanın Venesiya Respublikasına aid olduğu üçün Adriatik dənizinə çıxışı olan yeganə limanı idi. Lakin şəhər Napoleon müharibələrindən sonra öz əhəmiyyətini itirməyə başladı. Belə ki, Avstriya imperiyası Venesiya Respublikasına aid limanları ələ keçirə bilmişdi.
Birinci Dünya Müharibaəsindən sonra şəhər İtaliya ilə Yuqoslaiya Krallığı arasında mübahisə predmetinə çevrilir. Hər iki ölkə Riyeka-Fiumeni öz ərazisi hesab etməyə başladı.
Riyeka iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 8,7 | 9,5 | 12,4 | 16,1 | 20,9 | 24,6 | 27,7 | 27,6 | 23,6 | 18,6 | 13,4 | 10,0 | 17,8 |
Minimum orta, °C | 2,7 | 3,2 | 5,5 | 8,8 | 12,9 | 16,2 | 18,6 | 18,5 | 15,3 | 11,1 | 7,1 | 4,1 | 10,3 |
Yağıntı norması, mm | 135 | 114 | 104 | 111 | 102 | 111 | 82 | 100 | 165 | 176 | 183 | 154 | 1.537 |
Mənbə: http://www.worldweather.org/019/c00072.htm worldweather.org |
• Riyekanın əyilmiş qülləsi - Müqəddəs Məryəm kilsəsinin yanında yelrəşir və onun zəng qülləsi kimi istifadə olunur. Qotika, 1377-ci il
• Müqəddəs Vita adına Kafedral kilsə - Riyeka şəhəri hamisinin şərəfinə tikilib. Barokko, 1638-ci il
• Müqəddəs İeronim adına kilsə - 1768-ci ildə barokko stilində yenidən qurulmuşdur. Qotika, 1408-ci il
• Müqəddəs Fabian və Sebastian kilsəsi
• Müqəddəs Nikolay adına serb pravoslav kilsəsi - 1790-ci il
• Kapusin kilsəsi
• Pomor muzeyi
• Müasir incəsənət və modern muzeyi
• İvan Zayts adına Xorvatiya xalq teatrı
• Türk evi (xorv. Turska kuća və ya ital. Casa turca) - neomavritan üslubunda arxitekturalı ev
• "Modelo" sarayı (xorv. Palača Modello)- 1885-ci ildə tikilib.
• Riyekanın dəmiryolların idarəsi sarayı
• Ploech ailəsinin sarayı
• Jadran sarayı və ya Adria sarayı
• Adamić sarayı
• Venesiya evi
• Transadria binası
• Gömrük binası
• İtalyan orta ümumtəhsil məktəbi binası
• Suşakda (Riyekanın qəsəbəsi) "Kontinental" oteli - 1888-ci ildə tikilib
• Riyeka Göydələni - 1939-cu ildə tikilmiş Riyekanın ilk göydələni. Şəhərin mərkəzində yerləşir. 2007-ci ildəki təmir işlərindən sonra eyniadlı otel kimi fəaliyyət göstərir.
• İvan Zayts heykəli - xorvat bəstəkar, dirijor və pedaqoqa qoyulmuş heykəl onun adını daşıyan Xorvatiya xalq teatrının əsas girişinin önündə ucaldılıb.
• Duşan Dzamonya adına fontan-abidə - Xorvatiya xalq teatrının önündə yerləşir.
• Qədim roma qapıları - qədim roma arka tipli qapıları vaxtilə qəsəbəni əhatə edən divarın bir hissəsi kimi qalmışdır.
• Şəhər qülləsi - bir zamanlar köhnə şəhərə dəniz tərəfdən giriş kimi istifadə olunurdu
• Yalnız piyadaların istifadəsi üçün olan Korzo küçəsi
• Riyeka karnavalı (xorv. Riječki karneval) - Hər il böyük oructutmadan öncə keçirilən karnaval özündə Avstriya və Venesiya karnavalının elementlərini birləşdirir. 1982-ci ildə yenidən keçirilməyə başlanıb.
Riyekada eyni adlı futbol klubu fəaliyyət göstərir. Klub dəfələrlə yerli çempionatın qalibləri sırasında olmuşdur. UEFA reytinqində 178-ci yerdədir. Bu klubun basketbol, həndbol, su polosu kimi idman növlərində də nümayəndəlikləri var.