Riçard Eppel | |
---|---|
ing. Richard Appel | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşları | Mona Simpson (ev. 1993, boş. 2003) |
Uşağı | 2 |
Atası | Alfred Eppel |
Milliyyəti | Amerikalı |
Təhsili | Harvard Universiteti |
Fəaliyyəti | ssenarist, dublyaj aktyoru, vəkil, aktyor, televiziya prodüseri[d] |
Fəaliyyət illəri | 1994–h.h |
Vikianbarda əlaqəli mediafayllar |
Riçard Eppel (ing. Richard Appel; d. 21 may 1963, Nyu-York, ABŞ)[1][2][3] — ABŞ ssenaristi, prodüseri və keçmiş müvəkkili. 2012-ci ildən bəri "Qriffinlər" teleserialının icraçı prodüseri və köməkçi şou-ranneridir. Eppel ali təhsilini Harvard Universitetində almışdır. 1985-ci ildə məzun olduqdan[4] sonra hüquqşunas olan Eppel, 1994-cü ildə "Simpsonlar" teleserialına ssenarist olaraq işə alınmasından sonra, yazıçılıq karyerasına rəsmi olaraq başlamışdır.[5] Eppel "Simpsonlar" üçün 7 seriyanın ssenarisini yazmışdır. Eppel "A.U.S.A" adlı bir animasiya sitkomunu yaratmazdan əvvəl,[6] "Təpənin kralı"nda icraçı prodüsər olaraq işləmişdir.[2][7] Eppel Set Makfarleyn və Mayk Henri ilə birlikdə "Klivlend Şou" adlı bir animasiya sitkomunu yaratmışdır.[8][9] Bundan əvvəl "Berni Mek şou", "Qriffinlər" və "Amerikan ata!" seriallarında işləmişdir.[10]