Rober Geren | |
---|---|
fr. Robert Guérin | |
Doğum tarixi | 28 iyun 1876 |
Doğum yeri | |
Vəfat tarixi | 19 mart 1952 (75 yaşında) |
Fəaliyyəti | FİFA-nın I prezidenti |
Rober Geren (fr. Robert Guérin; 28 iyun 1876, Fransa – 19 mart 1952) — 1904–1906-cı illərdə FİFA prezidenti.
Dünya futbol qurumunun birinci rəhbəri Rober Qeren əvvəllər "Le Martin" jurnalında işləyib. Futbol cəmiyyətlərinin birləşdirilməsi ideyası ilə birinci dəfə o çıxış edib. O, bu ideyaları haqqında işlədiyi jurnalda məlumat verirdi. Qeren hətta bir müddət Fransa yığmasının baş məşqçisi də olub. 1904-cü ildə onun rəhbərliyi altında fransızlar Belçika ilə qarşılaşıb. Bir ildən sonra FİFA-nın yaradılması yolunda bəzi addımlar atılıb. Rober ilk dəfə klublar arasında dünya çempionatını təşkil etmək fikrinə düşür. 15 ölkəni təmsil edən klub həmin turnirdə iştirak etməli idi. Amma son anda klublar həmişə çempionatda çıxış etməkdən imtina etdilər. Bu Rober üçün böyük zərbə oldu. O, işlərini müavininə tapşırmağa başladı. Yavaş-yavaş FİFA prezidentliyi Daniel Berli Vulfolla keçdi.