Robert Baterst

Robert Baterst
Robert Qay Baterst
Doğum tarixi (67 yaş)
Doğum yeri Akkra, Qold Koast
Milliyyəti İngilis
Vətəndaşlığı
Həyat yoldaşı Viktorya Threlfal
Uşağı 4 qız
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1980-indiyə qədər
IMDb ID0061106
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Qay Baterst (22 fevral 1957[1], Akkra) — İngilis aktyor.

Baterst 1957-ci ildə atasının idarəetmə məsləhətçisi olaraq çalışdığı yer olan ingilis müstəmləkəsi Akkra, Qold Koastda anadan olmuşdur. 1959-cu ildə ailəsi İrlandiyanın paytaxtı Dublinə köçmüş və Robert Killineydəki məktəbə getmiş və daha sonra Anglikan internat məktəbində təhsilini dəvam etdirmişdir.1966-cı ildə ailə İngiltərəyə köçdü və Baterst Sasseksdə Wort məktəbinə daxil oldu, burada həvəskar dramaturgiyalarını yazmağa başladı. 18 yaşında Pembrok Kolleci, Kembricdə hüquq oxudu və Kembric Futlayts qrupuna qatıldı. Məktəbi bitirdikdən sonra tam iş gününə başladı.

O, professional səhnə debütünü 1983-cü ildə Savoyya teatrıda davam edən Maykl Freyin "Səslər kəsilir" tamaşasında Tim Algud rolunu oynayaraq etmişdir. Səhnədə işləmək barədə biliklərini genişləndirmək üçün Milli Teatrın üzvü oldu. 1980-ci illərdə səhnə rollarını "Qara Qaranlıq", "Çelmsford 123", "Lenni Henri Şov"dakı televiziya rolları ilə tamamladı. 1991-ci ildə Stiven Moffat tərəfindən yazılmış "Zarafatdan başqa" BBC sitkomunda Mark Teylor rolu ilə o günə qədərki televizor karyerasındakı ən böyük uğurunu qazanmışdı. Bu televiziya proqramı yalnız on üç bölüm dəvam etsə də (1991 və 1995-ci illər arasında), rol Baterstin bütün karyerasında ən çox sevdiyi rol olaraq qalır.

Digər oynadığı televizya işlərinə "Atamın baş naziri"(2003), "Ögey ata"(2003), "3 bacı"(2003) , "Yalnız üzvlər"(2006)" , "Aleks"(2007-08), və s daxildir. Robert Qay Baterst 2011-ci ildə Viktorya Threlfalla evlənmişdir. Hal-hazırda 4 qızı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Lundy D. R. Robert Guy Bathurst // The Peerage (ing.).