Robert Lans (ing.Robert Lanza) (11 fevral 1956-cı ildə Bostonda, Massaçusets ştatında anadan olub) Amerikalı həkim və alim, hazırda Astellas Qlobal Regenerativ Səhiyyənin rəhbəri,[2] və Astellas Regenerativ Tibb İnstitutunun baş elmi işçisidir.[3] O, Veyk Forest Tibb Universitetinin adyunkt professorudur.[4]
Lans Massaçusets ştatının Boston şəhərində anadan olub və oradan cənubda, Massaçusets ştatının Stouqton şəhərində böyüyüb.
Lans zirzəmisində olan toyuqların genetikasını dəyişərək əldə etdiyi nəticələri universitetdə paylaşdığı zaman Harvard Tibb Məktəbinin tədqiqatçılarının diqqətini çəkdi və Conas Solk, B.F. Skinner və Kristian Barnard on il ərzində Lansa mentorluq etdilər. Lans Pensilvaniya Universitetində oxuyub və alim dərəcəsinə çatıb. O, hazırda Massaçusets ştatının Klinton şəhərində yaşayır.
Lans dünyada ilk dəfə insan embrionlarını klonlayan komandanın üzvlərindən biri olmuşdur,[5] həmçinin somatik hüceyrə nüvə transferindən (terapevtik klonlaşdırma) istifadə edərək kök hüceyrəni uğurla yaradan ilk şəxsdir.[6]
Lans preimplantasiya ilə genetik diaqnostikada istifadə edilən üsulların embrion məhv edilmədən embrion kök hüceyrələri yaratmaq üçün istifadə oluna biləcəyini nümayiş etdirdi.
2001-ci ildə o, ilk dəfə olaraq nəsli kəsilməkdə olan növün (qaur) klonunu etdi [7] və 2003-cü ildə San Dieqo Zooparkında nəsli kəsilməkdə olan vəhşi öküzü (Bantenq) təxminən 25 il ondan əvvəl ölmüş həmin heyvanın dondurulmuş dəri hüceyrələrindən klonladı.[8]
Lans insan embrionunun kök hüceyrələrindən funksional oksigen daşıyan qırmızı qan hüceyrələrinin yaradılmasının mümkün olduğunu və qan hüceyrələri potensial olaraq "universal" qan mənbəyi kimi xidmət edə biləcəyini göstərdi.[9]
Onun komandası insan embrion kök hüceyrələrindən funksional hemangioblastların (təcili yardım hüceyrələri populyasiyası[10]) necə yaradılacağını kəşf edib. Heyvanlarda bu hüceyrələr damar zədəsini tez bir zamanda bərpa etdi, infarktdan sonra ölüm nisbətini yarıya endirdi və amputasiya tələb edə biləcək işemik əzalara qan axını bərpa etdi.
2012-ci ildə Lans və Harvard Universitetində Kvanq-Soo Kimin başçılıq etdiyi bir qrup, zülalların daha çoxunu yaratmaq üçün hüceyrələri genetik manipulyasiya etmək əvəzinə, onları zülallarla inkubasiya etməklə induksiya edilmiş pluripotent kök (iPS) hüceyrələrin yaradılması metodunu kəşf etdilər.[11][12]
Lansın komandası kök hüceyrələrdən retinal piqmentli epitel hüceyrələri yarada bildi və sonrakı tədqiqatlar bu hüceyrələrin görmə qabiliyyətini bərpa edə bildiyini göstərdi.[13] Bu texnologiya ilə korluğun bəzi formaları potensial olaraq müalicə edilə bilər.[14]
2001-ci ildə Lans ABŞ prezidenti Buşa məktub göndərərək onu insan embrion hüceyrələri üzərində tədqiqat üçün yatırılan pulların daxil olmasına mane olmamağa çağırdı. Məktub müxtəlif elm sahələrindən olan 80 Nobel mükafatçısı tərəfindən imzalanaraq faks vasitəsilə Ağ Evə göndərilmişdi.[15]
2007-ci ildə Lansın "Kainatın Yeni Nəzəriyyəsi" adlı məqaləsi dərc edildi.[16] Esse Lansın biologiyanı digər elmlərdən üstün tutan biosentrik kainat ideyasını irəli sürdü.[17][18][19] Lansın bu ideyaları [20] 2009-cu ildə Bob Berman ilə birgə yazdığı Biosentrizm: Həyat və Şüur Kainatı Anlamanın Açarlarıdır adlı kitabında da öz əksini tapdı.[21]
Lakin onun biosentrik fərziyyəsi [22][23] bir mənalı şəkildə qarşılanmadı və bir çox alimlər bu nəzəriyyəni əsassız və sübutsuz olduğunu qeyd etdilər.[24][25]
2023-cü ilin yanvar ayında Lans elmi fantastika müəllifi Nensi Kress ilə biosentrizmi araşdıran bir roman nəşr etdi.[26]
2006: 11-ci illik mükafat qəbulunda mükafatlandırıldı (ing."Mass High Tech All Star" ) [27][28]
2010: (BioWorld) nəşri Lansı "kök hüceyrə öncüsü" kimi alqışladı və onu növbəti iyirmi il ərzində biotexnologiyanı formalaşdıracaq biri kimi tanıdı [29]
2010: "Əsas elmi kəşflərin yeni və daha yaxşı müalicə üsullarına çevrilməsi" sahəsində tədqiqatlara görə; Milli Səhiyyə Agentliyinin (NIH) Direktorunun Fürsət Mükafatını qazandı [30]
2013: Bronks və Vestçesterin İtalyan İrs və Mədəniyyət Komitəsinə "Tibb üzrə İl Leone di San Marko Mükafatı"na namizəd göstərildi [31][32]
2014: Time jurnalının Taym 100 siyahısına "Dünyanın Ən Nüfuzlu 100 İnsanı" kimi daxil edildi [33]
2015: Prospect jurnalının "Dünyanın ən yaxşı 50 mütəfəkkiri" siyahısına daxil edilmişdir [34]
↑Lanza, Robert. Biocentrism: How Life and Consciousness Are the Keys to Understanding the True Nature of the Universe. BenBella Books. April 14, 2009. ISBN978-1-933771-69-4.