Robert Vodlou

Robert Vodlou
ing. Robert Wadlow
Doğum tarixi 22 fevral 1918(1918-02-22)[1]
Doğum yeri
Vəfat tarixi 15 iyul 1940(1940-07-15)[1] (22 yaşında)
Vəfat yeri
Vəfat səbəbi sepsis[2][3]
Dəfn yeri
  • Oakvood qəbiristanlığı[d][4]
Təhsili
  • Şartliff kolleci[d]
Fəaliyyəti sirk artisti[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Vodlou (ing. Robert Pershing Wadlow; 22 fevral 1918[1], Olton[d], İllinoys15 iyul 1940[1], Manisti[d], Miçiqan[2]) — Dünyanın ən uzun adamlarından biri

22 fevral 1918-ci ildə ABŞ-də anadan olub. Ailəsi 7 nəfərdən ibarət olub. İlk övlad olub. 2 bacısı və 2 qardaşı var idi. Anadan olanda normal kütləsi (3.8 kq) və boyu olub. 4 yaşına qədər də boyu və kütləsi normal olub. Bundan sonra onun boyu sürətlə artdı və 8 yaşında boyu 1.88 m oldu. 10 yaşında isə 2.0 m və kütləsi 100 kq oldu. Nəhayət, 14 yaşında o, dünyanın ən hündürboy adamı seçildi (2.24 m). Boyu və kütləsi uyğun olaraq 16 yaşında 2.4 m və 166 kq, 19 yaşında 2.6 m və 197 kq və nəhayət, 22 yaşında isə 2.72 m və 224 kq oldu. Əllərinin uzunluğu isə 224 mm idi.

1940-cı il qan azlığından əzab çəkən Vodlou, ABŞ xəstəxanalarının birində dünyasını dəyişdi. Təxminən, 40000 nəfər onun dəfnində iştirak etmişdir. Onun tabutunun çəkisi yarım ton ağırlığında idi. Ən az 12 nəfər lazım idi tabutu daşımaq üçün.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]