Rocer Kornberq

Rocer Kornberq
ing. Roger David Kornberg
Doğum tarixi 24 aprel 1947(1947-04-24)[2][3] (77 yaş)
Doğum yeri
Elm sahələri biokimya[1]
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rocer Kornberq (ingiliscə: Roger David Kornberg; 24 aprel 1947[2][3], Sent-Luis, Missuri[4]) — amerikalı biokimyaçı, kimya üzrə Nobel mükafatı laureatı (2006il). Stenford Universitetinin professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1993il).[5]

London Kral Cəmiyyətinin (2009 il) və Rusiya Elmlər Akademiyasının (2016 il) əcnəbi üzvü[6] olub.

Rocer Kornberq Tibb üzrə Nobel mükafatı laureatı Artur Kornberq və biokimyaçı Silvia Rut Levi ilə evliliyindən  yəhudi ailəsində 24 aprel 1947-ci ildə anadan olub. 12 yaşlı Rocer 1959-cu ildə Stokholmda atasının Nobel mükafatı mərasimində iştirak edib.

1967-ci ildə Harvard Universitetini bakalavr dərəcəsi ilə bitirib, 1972-ci ildə Stenford Universitetində doktorluq dərəcəsi alıb. O, Böyük Britaniyanın Kembric Universitetinin laboratoriyasında tədqiqat işlərini aparıb. 1976-cı ildən Harvard Universitetinin hərbi tibb fakültəsində dosent vəzifəsində çalışıb. 1978-ci ildə Stenford Universitetinə professor kimi qayıdıb. 2006-cı ildə o, hüceyrələrin genetik məlumatı kopyalama mexanizminə dair araşdırmasına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Amerika İncəsənət və Elmlər Akademiyasının və EMBO-nun üzvüdür (2003 il).

26 aprel 2010-cu ildə məlum oldu ki, Rocer Kornberq Jores Alferov[7] ilə birlikdə "Skolkovo" innovasiya mərkəzinin (İnnograd) elmi-texniki şurasının həmsədri olacaq. 2011-ci ilin sentyabrında Rocer Kornberq innovasiya şəhərinin yaradılması layihəsinin nəticələrini yüksək qiymətləndirdi. Və öz düşüncələrini belə ifadə etdi: "Düşünürəm ki, biz çox böyük irəliləyiş əldə etmişik. Bu gün mən çox optimistəm və ümid edirəm ki, tezliklə yüksək nəticələr əldə edəcəyik."[8]

2016-cı ildə R. Kornberq Greenpeace, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərlə (GMO) mübarizəni dayandırmağa çağıran bir məktub imzaladı.[9][10][11]

Mükafatları və fəxri fərmanları

[redaktə | mənbəni redaktə et]
  • Bioloji Kimya üzrə Eli Lilly Mükafatı (1981il)
  • Passano Mükafatı (1982il)
  • Harvi Mükafatı (1997il)
  • Beynəlxalq Gairdner Mükafatı (2000il)
  • Uelça Mükafatı (2001il)
  • Pasarov Mükafatı  (2002il)
  • Qran Pri Charles-Leopold Mayer (2002il)
  • Massry Prize (2003 il, C. D. Ellis və M. Qrunşteyin ilə birgə)
  • Alfred Sloan Mükafatı (2005il)
  • Kimya üzrə Nobel Mükafatı (2006il)
  • Dixon Mükafatı (2006il)
  • Louise Gross Horvitz mükafatı (2006il)
  • Şrödinger Mühazirəsi (London İmperator Colleci) (2008il)
  • Umea Universitetinin fəxri doktoru.[12]
  1. 1 2 Kornberg, Roger D. // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Roger David Kornberg // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Roger D. Kornberg // Munzinger Personen (alm.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #173844871 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Roger D. Kornberg Архивная копия от 19 августа 2018 на Wayback Machine  (англ.)
  6. Генри Киссинджер стал академиком РАН. Дата обращения: 9 ноября 2016. Архивировано 24 июня 2018 года.
  7. Сопредседателем научсовета Сколково будет нобелевский лауреат Корнберг, РИА Новости, 26.04.2010. Дата обращения: 6 мая 2010. Архивировано 29 апреля 2010 года.
  8. Сколково достигло гигантского прогресса, считает нобелевский лауреат. Дата обращения: 11 октября 2011. Архивировано 25 октября 2011 года.
  9. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  10. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  11. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
  12. "Arxivlənmiş surət". 2023-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-12.