Rocer Ver

Rocer Ver
Doğum tarixi 27 yanvar 1979(1979-01-27) (45 yaş)
Doğum yeri
Təhsili
  • De Anza Kolleci[d]
Fəaliyyəti sahibkar
rogerver.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rocer Kit Ver (ing. Roger Keith Ver; 27 yanvar 1979, San-Xose, Kaliforniya) – "bitcoin" startaplarına erkən investor.[1] Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir.[2]

Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur.[3][4] 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür.[5][6] 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.[7]

  1. "Roger Ver Bio | Cryptocurrencies Created by Roger Ver". World Crypto Index (ingilis). 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
  2. "Some Bitcoin Backers Are Defecting to Create a Rival Currency" (ingilis). 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
  3. "The People Of Blockchain: Roger Ver". DinarDirham Blog (ingilis). 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
  4. "Роджер Вер – создатель Bitcoin Cash, авантюрист или борец за правду". Ruscoins.info (rus). 2018-09-11. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
  5. "Иисус-миллионер". Газета РБК. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
  6. Sparkes, Matthew. "Millionaire 'Bitcoin Jesus' denied entry to the US" (ingilis). 2015. 0307-1235. 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.
  7. Minsky, David. "U.S. Won't Let "Bitcoin Jesus" Who Renounced His Citizenship Come To Miami For Conference". Miami New Times. 2015-01-16. 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-02.