Rojer de Flor | |
---|---|
it. Ruggero da Fiore | |
Şəxsi məlumatlar | |
Doğum adı | Rutger von Blum |
Doğum tarixi | |
Doğum yeri | Brindizi, Siciliya krallığı |
Vəfat tarixi | |
Vəfat yeri | Adrianopol, Bizans İmperiyası |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Araqon koronası Katalan kampaniyası |
Xidmət illəri | 1285-1305 |
Rütbəsi | Böyük duka |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Rojer de Flor (it. Ruggero da Fiore) — başda Siciliya krallığı və Bizans İmperiyası olmaqla, Aralıq dənizi və Anadolu torpaqlarında fəaliyyət göstərmiş kondottiyeri. Bir il boyunca Malta kontu olmuşdur.
Siciliya krallığının Brindizi şəhərində italyan bir zadəganın və şahin ovçusu, cənubi İtaliyanın Hohenştaufen sülaləsinin xidmətində olan Richard von Blumun (Blum almanca gül deməkdir) ikinci oğlu kimi anadan olmuşdur.
8 yaşında ikən qalera ilə dəniz səyahətinə göndərilmişdir. Məbəd cəngavərlərinə mənsub olan[1] Rojer de Flor qalera kapitanı olmuşdur. Daha sonra şəxsi mənafeyini daha üstün tutduğundan üzvlükdən atılmış və bundan sonra dəniz quldurluğuna başlamışdır. Bizans imperatoru II Andronik Paleoloq Avropa torpaqlarında Osmanlı İmperiyasının irəliləyişinin qarşısını almaq üçün Rojer de Flordan kömək istəmişdir. Bunun bir nəticəsi kimi Rojer de Flor Katalan kampaniyası adlı muzdlu əsgərlərdən ibarət ordu ilə Konstantinopola gəlmiş[2] və imperator tərəfindən qarşılanmışdır. Amma kiçik uğurlar əldə edən Katalan kampaniyası Konstantinopol və digər Bizans torpaqlarında talançılıqla məşğul olmuşdur. Buna görə də imperator Rojer de Floru öldürmüş,[3] pullarını almayan və başçısız qalan katalan əsgərlər Rumeliya torpaqlarını talan edərək Avropaya qaçmışdırlar.