Roka burnu | |
---|---|
Cabo da Roca | |
Yerləşməsi | |
38°46′51″ şm. e. 9°29′54″ q. u.HGYO | |
Akvatoriya | Atlantik okean |
Ölkə | Portuqaliya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Roka burnu[1] (port. Cabo da Roca) — Avrasiya materikinin ucqar qərb nöqtəsini təşkil edir. Portuqaliya ərazisində yerləşir. Qədim roma dönəmindı burnu Promontorium Magnum, Böyük coğrafi kəşflər zamanı isə Lissabon burnu adlandırırdılar.
Burun Lissabondan 40 km qərbdə yerləşir. Qaya Atlantik okeanında 140 metr yüksəklikdə yerləşir. Burunda mayak inşa edilmişdir. Burada suvenir mağazası, restoran fəaliyyət göstərir. Bu isə turistlərin cəlbinə xidmət edir.
Portuqaliyalı şair Luis Kаmоens bu burun haqqında bunu demişdir: «Bu yer, torpağın bitdiyi, dənizin başladığı yerdir.» (port. Onde a terra se acaba e o mar começa).