Roma tətilləri | |
---|---|
ing. Roman Holiday | |
Janr | romantik komediya, komediya filmi, dram filmi |
Əsas mövzu | müvəqqəti münasibət[d][1] |
Rejissor | |
Prodüser | |
Ssenari müəllifləri |
|
Baş rollarda | |
Operatorlar |
|
Bəstəkarlar | |
Quruluşçu rəssam | Hel Pereyra[d] |
Geyim rəssamı | Edit Hed |
Montajçı | Robert Svink[d] |
İstehsalçı | Paramount Pictures |
Distribütor | Paramount Pictures, Netflix |
İlk baxış tarixi | 1953, 10 dekabr 1953[6], 27 avqust 1953[7], 2 sentyabr 1953[7] |
Müddət | 118 dəq. |
Büdcə | 1.500.000 $ |
Gəlir | 12.000.000 $, 3.000.000 $ |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | ağ-qara[d] |
Çəkiliş yeri | Roma |
IMDb | ID0046250 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
"Roma tətilləri" (ing. Roman Holiday) — rejissor Vilyam Uaylerin filmi.
Kiçik bir dövlətin şahzadəsi Anna bir dəfə özünü sərbəst, rəsmilikdən uzaq aparmaq istəyir. Elə bu məqsədlə də həmin gecə gizlincə səfirliyin binasını tərk edir. Beləcə o, gəzə-gəzə Roma şəhərinin mərkəzinə gəlib çıxır. Şəhəri gəzən şahzadə tezliklə yorulub əldən düşür. Yuxusu gələndə isə şəhər parkında yuxuya gedir. Onu amerikalı müxbir Co Bredli təsadüfən evə gedərkən görür. Bir qədər sonra Bredliyə məlum olur ki, Annanın taksiyə verməyə belə pulu yoxdur. Şahzadə isə qətiyyətlə bildirir ki, o, heç vaxt üstündə pul götürmür. Müxbir qıza kömək eləmək qərarına gəlir. Onu maşına oturdaraq ünvanını soruşur. Şahzadə yuxulu-yuxulu cavab verir ki, Kolizeydə yaşayır. Təəccüblənən müxbir əlacsız qalıb onu öz evinə aparmalı olur...
Co səhər oyananda yatıb qaldığını və şahzadə ilə mətbuat konfransına gecikdiyini başa düşür. O, öz müdirinin yanına gedir yalandan müsahibəni aldığını deyir. Müdir Hennesi onun yalanının üstünü açaraq deyir ki, bü gün səhər bütün qəzetlərdə xəbər yayılıb ki, qəflətən şahzadə xəstələnib və onun iştirakı ilə olan bütün tədbir və konfranslar təxirə salınıb. Hennesi şahzadə Annanın qəzetdəki şəklini Coya göstərir. Co başa düşür ki, hal-hazırda onun evində yatan naməlum adam məhz şahzadə Annadır. Bredli o saat anlayır ki, onun əlində bu dəqiqə əsl sensasiya var!
Bredli təcili evinə qayıdır. Şahzadə duş qəbul edənə qədər o, dostu fotoqraf İrvinə zəng edir... Anna isə "azadlığın" dadını çıxarmağa davam edir. Codan bir qədər pul götürərək onunla vidalaşır və öz yoluna davam edir. Anna möhtəşəm Romanı gəzməyə başlayır. Müxbir onu izləyir. Anna gözəllik salonuna girib saçını kəsdirir. Co onu bir qədər izləyəndən sonra üzə çıxır. Və Annada elə təsəvvür yaradır ki, bu, təsadüfi görüşdür.
Qalan günləri onlar birlikdə keçirirlər. Gülürlər, danışırlar, şəhəri gəzirlər, bütün bu vaxt ərzində isə polis agentləri Annanı axtarır. Kafedə — Anna birinci siqaretini çəkən yerdə İrvin gizli olaraq onun şəklini çəkir. Sonra Co ilə Anna motosikl sürür, Roma şəhərinin bütün diqqətəlayiq yerlərinə tamaşa edirlər. Və... onları polis saxlayır. Lakin Co onların fikrini yayındırmaq üçün yalana əl ataraq deyir ki, guya onlar evlənmək üçün kilsəyə tələsirlər. Axşam onlar rəqs etmək üçün bir yerə gedirlər. Bu zaman Co Annaya aşiq olduğunu başa düşür, lakin bunu heç kimə bildirmir.
Rəqs meydançasında gözlənilmədən bu cütlüyü polis agentləri əhatəyə alırlar. Onlardan biri Annanın əlindən yapışır, buna baxmayaraq Co şahzadəni tək qoymur. Bredli öz növbəsində butulka ilə agentin başına vurur. Daha sonra Anna və Co suya tullanıb sahilə doğru üzməyə başlayırlar. Sahilə çatanda onlar bir-birlərinə vurulduqlarını anlayırlar və Bredlinin mənzilinə qayıdırlar. Radioda eşidirlər ki, dövlətin təbəələrinin hamısı şahzadənin "xəstəliyi" ilə bağlı təşvişə düşüblər. Anna başa düşür ki, gec-tez sevgilisini burada qoyub öz imarətinə qayıtmalı olacaq. Co qüssələnmiş şahzadəni səfirliyə qədər yola salır...
Şahzadəyə aşiq olduğu üçün Co yazacağı sensasiya doğuracaq məqaləni dərc etdirmir. İrvin bu cür sensasiyanı əldən verdiyinə görə dostunun ağlını itirdiyini deyir. Lakin Co öz qərarını dəyişmir.
Film mətbuat konfransı səhnəsilə başa çatır. Annadan müsahibə götürən jurnalistlər arasında Co və İrvin də olur. Konfransda Annaya onun ən çox yaddaqalan səfərinin hansı şəhərə olması barədə sual verilir. Şahzadə bu suala "Roma" cavabını verir. Anna bunu da deyir ki, onun yaddaşında bu səfər daima qalacaq. Mətbuat konfransının sonunda şahzadə Anna jurnalistlərlə sağollaşır. Onun simasında təbəssüm olsa da, üzündə göz yaşları görünür...
Aktyor | Rol |
---|---|
Qreqori Pek | Co Bredli |
Odri Hepbern | şahzadə Anna |
Eddi Albert | İrvin Radoviç |
Hartli Pauer | Hennessi |
Harkort Vilyams | səfir |
Marqaret Roulinqs | fröylin |
Tullio Karminati | general Provno |
Paola Borboni | xadimə |
Laura Solari | katibə |