Romantik komediya

Romantik komediya filmi əsl sevgi, məhəbbət kimi romantik idealların mərkəzdə olduğu, eyni zamanda səmimi, yumoristik bir süjet formasında bu ideyaların ətrafında əksər maneələrin aşıldığı ifadə edilən film janrıdır. Lüğəvi mənasında isə; xoşbəxt sonluqla bitən məzəli sevgi hekayəsinə əsaslanan film, teatr və ya televiziya şousudur.[1] Başqa bir ölkədəki tərifinə görə isə; İki bir-birlərinə simpatiyası olan, bir-birlərini sevən, fərqləndirici xüsusiyyətləri mövcud olan, ahəngdar və bir-birlərini bağışlaya bilən eşqləri olan aşiqlər arasındakı ziddiyyətlər ifadə edir.[2]

Romantik komediya filmləri komediya filmləriromantik filmlər kimi fərqləndirilə və təsnif oluna bilərlər. Həmçinin, Screwball komediyası və Stoner komediyasında da (həmçinin də Stoner filmi olaraq tanınır) eyni elementlər mövcuddur. Bəzi televiziya serialları da romantik komediya kimi təsnif edilə bilərlər.

" Adi bir romantik komediya filmində, iki bir-birini sevən, bir-birlərinə simpatiyası olan gənc cütlüklər bir-birlərini sevməyə meyllidirlər. Bununla belə, onları mürəkkəb vəziyyət (məsələn, sinif fərqləri, valideynlərin təşəbbüsləri, əvvəlki sevgililər və ya qız dostları) bir-birlərindən ayırır və onlar bu maneələri məhv edərək sonda bir-birləri ilə evlənirlər.[3] "

Belə filmlərə nümunə olaraq tənqidçilər tərəfindən janrın ən yaxşı filmlərindən biri hesab edilən Gözəlçə filmini göstərmək mümkündür.

Erotik komediya

  1. Johnson, Bill. "The Art of the Romantic Comedy". 2012-09-10 tarixində orijinalından arxivləşdirilib.
  2. Romantic comedy: boy meets girl meets genre. Tamar Jeffers McDonald. Wallflower Press, 2007. p.3
  3. "Comedy and Tragedy". condor.depaul.edu. 2018-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27. (#invalid_param_val)