Ruhi Sarıalp

Ruhi Sarıalp
türk. Ruhi Sarıalp
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 15 dekabr 1924(1924-12-15)
Doğum yeri
Vəfat tarixi 3 mart 2001(2001-03-03)[1] (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
İdman növü yüngül atletika
Karyera illəri 1946h. h.

Ruhi Sarıalp (türk. Ruhi Sarıalp) — Üç təkanla tullanmada yarışan türk atlet. O, Avropa Atletika Çempionatları və Olimpiya Oyunları tarixində medal qazanan ilk türk idmançıdır.

Ruhi Sarıalp 1984-cü il Olimpiya Oyunlarında boksçu Eyüp Can bürünc medal qazanana qədər 36 il ərzində Türkiyə üçün olimpiadalarda güləşdən başqa medal qazanan yeganə idmançı olmuşdur. Bu Əşrəf Apakın 2004-cü ildə çəkic atmada bürünc medalına qədər 56 il ərzində qazanılan yeganə olimpiya medalı idi. Ruhi Sarıalpın 1950-ci ildə Brüsseldə qazandığı bürünc medal, 2002-ci ildə Süreyya Ayhanın 1500 metr qaçışda qızıl medal qazanmasına qədər 52 il Türkiyənin Avropa Atletika Çempionatında yeganə uğuru olaraq qalmışdı.

Manisa Hərbi Liseyində atletika ilə məşğul olan Sarıalp daha sonra Fənərbaxçaya keçib. 1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında üç təkanla tullanmada Türkiyəni təmsil edib və bürünc medal qazanıb. Bu medal Əşref Apak 2004 Yay Olimpiya Oyunlarında çəkic atmada bürünc medal qazanana qədər 56 il ərzində Türkiyənin atletika üzrə olimpiadalarda qazandığı yeganə medal idi.

Sarıalp eyni uğuru 1950-ci ildə Brüsseldə keçirilən Avropa Atletika Çempionatında da göstərmişdi. Bu çempionatda alınan medal, 2002-ci ildə Süreyya Ayhan Kop 1500 metr məsafəyə qaçışda qızıl medal qazanana qədər Türkiyənin 52 il ərzində Avropa Atletika Çempionatında qazandığı yeganə medal idi.

1951–52-ci illərdə hərbi xidmətdə olduğu üçün Ordu Milli Komandasında olan Sarıalp, 21–23 sentyabr 1951-ci ildə Romada və 12–14 sentyabrda Kopenhagendə keçirilən Dünya Ordulararası Atletika Çempionatında iki qızıl medal qazanmışdır[2]

Sonra ABŞ-də Sahil Mühafizə Akademiyasında dərs deyib və kosmik proqramlarda iştirak edib. Türkiyəyə qayıtdıqdan sonra İTU İdman Departamentində İdman Tarixi və dənizçilik kurslarından dərs deyib. O, mifologiyadan mühazirələr oxuyurdu.

İdmana, dənizə və mifologiyaya həvəsli idi. Dənizdə sağ qalmaq haqqında "Sağ qalma" kitabını yazmışdır. 3 cildlik Dünya Dəniz Tarixi kitabı yazmaq üçün araşdırmalar aparan Sarıalp 2001-ci ildə Berqamada arxeoloji qazıntıları seyr edərkən nəfəs darlığı diaqnozu ilə Ege Universitetinin reanimasiya şöbəsinə aparılıb. 2001-ci il martın 3-də İzmirdə vəfat edib.

Həyat yoldaşı Ayişə Cəbəsoy tanınmış dövlət xadimi Əli Fuad Cəbəsoyun əmisi qızıdır. Bundan əlavə, Ruhi Sarıalp məşhur rəssam Tanju Okanın əmisidir[3].

  1. https://archive.ph/20020913085851/http://arsiv.hurriyetim.com.tr/hur/turk/01/03/06/spor/28spo.htm.
  2. "Milliyet, 17 Eylül 1952". 22 İyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 may 2023..
  3. Cemal Kalyoncu imzalı 12 Eylül 2005 tarihli Aksiyon Dergisi haberi