Ruhnu adası

Ruhnu adası
est. Ruhnu
Ümumi məlumatlar
Sahəsi 11,9 km²
Hündür nöqtəsi 28 m
Əhalisi 56 nəfər (2013-cü il)
Yerləşməsi
57°48′00″ şm. e. 23°15′00″ ş. u.HGYO
Ölkə  Estoniya
Akvatoriya
Ruhnu adası xəritədə
Ruhnu adası
Ruhnu adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ruhnu[1] (est. Ruhnu, isv. Runö, latış. Roņu‎, rus. Руно[2]) — elədə böyük olmayan ada Baltik dənizinə aid olan Riqa körfəzində yerləşir. İnzibati cəhətdən Estoniyanın Saaremaa qəzasının Ruhnu rayonu ərazisinə daxildir.

Ada öz növbəsində sualtından suxurların səthə çıxması nəticəsində əmələ gəlmişdir. Vaxtı ilə Riqa körfəzinin dibi olmuşdur. Adanın sahəsi 11,9 km², uzunluğu 5,5 km, eni 3,5 km təşkil edir.

Adaya ən yaxın quru parçası Kolka burnudur.

Adanın ən hündür nöqtəsi Haubiarre təpəsidir. Onun hündürlüyü 28 metrdir.

Adanın ucqar nöqtələri:

  • Cənubu: Şustaki, Rinks (burada Luftverkehr Friesland Harle hava limanı yerləşir);
  • Qərbi:Holm, Pers, İoma;
  • Şimalı: Kyonje.[2]

Fauna və Flora

[redaktə | vikimətni redaktə et]

Meşələr əsasən adanın 60 % təşkil edir. Şərq hissəsi isə öz növbəsində qum dyunləri ilə örtülüdür. Qərbi isə əsasən düzən ərazilərdən təşkil olunmuşdur. Bu ərazi xüsusi ilə kənd təsərrüfatı təyinatlı olması ilə seçilir.

Adada maral, tülkü, boz sıçan, ev siçanı və qurbağa yaşayır. Kirpi və zəhərli ilanlara rast gəlinmir.

Sahillərində ləkəli və boz suitilər görünür. Suları balıqlar ilə zəngindir.

Ada haqqında ilk məlumat 1341-ci ilə aiddir. Yepiskop Yoxanes öz əmrində isveçlilərə adada yaşamaq hüququnun verilməsi və İsveç təbələri olması təstiqlənirdi.

Arxeoloji qazıntılar göstərir ki, ada artıq b.e ə. V—VII minilliklərdə insanlar tərəfindən məskunlaşılmışdır.

22 noyabr 1643 ildə adada Müqəddəs Maqdalena kilsəsinin tikintisinə başlanılır. Bu da məlumdur ki, kilsə bütün Estoniya ərazisində hal-hazırda belə qalmış taxtadan hazırlanmış ən qədim kilsədir.

XI—XIX əsrlərdə ada əsasən baltik isveçliləri tərəfindən məskunlaşılmışdır. 1944-cü ilin avqustunda adanı tərk etmişlər. Yalnız iki ailə adada qalır. Adaya sonradan SaaremaaKihnu adasından insanlar köçmüşlər. Sonradan isə adanın əhalisi demək olar ki, tamamən dəyişmişdir.

Qədim məlumatlara görə adada 1842-ci il özünüün ən çoxsaylı əhalisinə malik olmuşdur. Bu zaman adada 389 insan yaşamışdır.

2013-ci ilə olan məlumata görə adada 67 nəfər yaşayır.[3]

  1. Географический энциклопедический словарь: географические названия / Под ред. А. Ф. Трёшникова. — 2-е изд., доп.. — М.: Советская энциклопедия, 1989. — С. 405. — 210 000 экз. — ISBN 5-85270-057-6.
  2. 1 2 Qədim xəritə (1820 il). «Rusiya imperiyası,, Polşa çarlığı və Böyek Finlandiya Knyazlığı»
  3. "Estoniya əhalisi". 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.