Rumıniya Kommunist Partiyası

Rumıniya Kommunist Partiyası

Partidul Comunist Român
Loqonun şəkli
Sədri Nikolae Çauşesku
Qurucu Georghe Cristescu
Lideri Nikolae Çauşesku (son lideri)
Quruluş tarixi 8 May 1921
Dağılma tarixi 22 dekabr 1989
Baş qərargah Buxarest
İdeologiya Kommunizm,
Marksizm-Leninizm,
Milli Kommunizm
(1960-cı ildən sonra)
Saytı npcr.ro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Partiyanın bayrağı

Rumıniya Kommunist Partiyası — 8 may 1921-ci ildə yaradılmış olan kommunist partiya. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər İttifaqı adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olmuşdur. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.

1986-cı ildə partiyanın təbliğat afişası

Partiya liderləri

[redaktə | mənbəni redaktə et]
# Adı Şəkil Vəzifə başlanğıcı Vəzifə sonu
1 George Kristesku
(1882–1973)
1921 1924
2 Elek Köblöş
(1887–1938)
1924 1927
3 Vitali Holostenko
(1900–1937)
1927 1931
4 Aleksandr Danelyuk-Ştefanski
(1897–1937)
1931 1936
5 Boris Stefanov
(1883–1969)
1936 1940
6 Ştefan Foriş
(1892–1946)
1940 1944
7 George Georgiu-Dej
(1901–1965)
1944 1954
8 George Apostol
(1913–2010)
1954 1955
9 George Georgiu-Dej
(1901–1965)
1955 1965
10 Nikolae Çauşesku
(1918–1989)
1965 1989