Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Rusiya-Osmanlı müharibəsi | |
---|---|
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1787–1791-ci illər Osmanlı-Rus müharibəsi — Rusiya imperiyasının Avstriya və Osmanlı İmperiyası ilə apardığı müharibə.
Krımın Rusiyaya qatılması 1787-ci ildə Osmanlı ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Avstriya Reç Pospolitanın birinci bölüşdürülməsinə razı olduğu üçün Rusiyanın müttəfiqinə çevrilmişdi.
Osmanlı dövləti Prussiya, Hollandiya və İngiltərə tərəfindən müdafiə olunacağına, İsveç və Polşanın da Rusiyaya müharibə edəcəyinə ümid bəsləyirdi, lakin bu ümid doğrulmadı. Fransa və başqa Avropa dövlətlərinin təhriki ilə 1787-ci ildə Osmanlı Rusiyaya yeddi tələbdən ibarət ultimatum göndərdi. Cavab almayan Osmanlı dövləti 1787-ci ilin avqustunda müharibə elan etdi. Osmanlıların Kinburn qalasına hücumu ilə başlayan müharibə Osmanlı üçün uğursuz oldu. Aleksandr Suvorovun ordusu nəinki qalanı müdafiə etdi, üstəlik Oçaqovo qalasını ələ keçirdi. 1789-cu ildə Avstriya da Osmanlıya müharibə elan etdi. Avstriya qoşunları Banat vuruşmasında darmadağın edilsə də, ruslar Fokşan və Rımnik döyüşlərində rusların köməyi ilə türkləri məğlub etdilər. Belqradı ələ keçirən Avstriya Osmanlı ilə sülh bağlayaraq müharibədən çıxdı. Müharibəni davam etdirən Rusiya isə Suvorovun komandanlığı altında 1790-cı ildə İsmayıl qalasını ələ keçirdi.
Bü döyüşdə Kutuzov yaralandı və bir gözünü itirdi. Avstriyanın müharibədən çıxdığını görən Rusiya İsveçlə, sona isə Qərb dövlətlərinin təzyiqi ilə 1791-ci ildə Yassıda Osmanlı ilə sülh bağladı.
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |