Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Rəna Əffəndi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Sayt | refendi.com |
Rəna Əffəndi (26 aprel 1977[1], Bakı) — azərbaycanlı fotoqraf, quruluşçu rəssam.
Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Entomoloq Rüstəm Məmməd-Əmin Əffəndinin qızıdır. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi "Fifty Crows" Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda "İlin fotorəssamı" mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, "Oqonek", "Ekspert" i "Bolşoy Qorod" jurnallarında dərc edilib. Rəna Əffəndi Photographer.ru qalereyasının müəllifi Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.