Süd məhsulları

Süd məhsulları süddən əldə edilir.

Süd məhsulları, ağartı və ya ağarantı[1]məməlilərin südündən hazırlanan qida növü. Əsasən inək, su camışı, ev keçisi, qoyundəvə südündən əldə edilir. Süd məhsullarına yoğurt, pendirkərə yağı kimi qidalar daxildir.[2][3] Süd məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahəsi südçülük adlanır.[4] Əksər Şərqi və Cənub-şərqi Asiya ölkələri, həmçinin Mərkəzi Afrikanın bəzi əraziləri istisna olmaqla, süd məhsulları bütün dünyada istehlak olunur.[5] Hər bir süd məhsulunun saxlanma müddəti var; məsələn, südü 20 saat, xamanı 72, kəsmiyi 36 saat, kərə yağını 10 gün saxlamaq olar.[mənbə göstərin]

Süd, əlavə homogenləşdirmədən və ya pasterizasiyadan və yağ səviyyəsinin standartlaşdırılmasından və Streptococcus lactisLeuconostoc citrovorum bakteriyalarının əlavə edilməsindən sonra bir neçə səviyyədə istehsal olunur. Süddən bir neçə məhsul istehsal edilir: xama, yağ, pendir, körpə formula və yoğurt.

Süd yağlılıq səviyyəsinə görə fərqlənir. Yağsız süddə yağlılıq səviyyəsi 0 olur. Təbii süddə isə yağlılıq ən yüksək səviyyədə olur.

  • Qaynanmış süd
  • Qatılaşdırılmış süd — təbii südün tərkibindəki su miqdarının azaldılaraq, şəkər əlavə etməklə qatılaşdırılan süd məhsulu.
  • Şəkərsiz qatılaşdırılmış süd
  • Bişmiş süd — uzun müddət aşağı istilikdə bişirilən süd yüngül karamelizasiyaya səbəb olur. Xüsusilə Şərqi Avropada məşhurdur.
  • Dulse de leçe
  • Malai
  • Quru süd — adətən yağsız südün tərkibindəki suyun miqdarı azaldılır.
  • KoaHindistan mətbəxinə məxsus şəkərsiz tamamilə qatılaşdırılmış süd.
  • Körpə formula — xüsusi əlavələrin edildiyi, körpələrin qidalanması üçün nəzərdə tutulan quru süd.
  • Yağlı süd
  • Süd zərdabı — süd məhsullarının hazırlanması zamanı artıq qalan su. Sonrakı emal və mal-qaranı yemləmək məqsədilə istifadə olunur.

Süd bir çox şirniyyat məhsullarının tərkibinə əlavə edilir. Südlü şokolad əldə etmək üçün şokolada süd də əlavə edilə bilər.

  1. Ағарты // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 99.
  2. "Dairy | Clemson University, South Carolina". www.clemson.edu. 31 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016.
  3. "Is Butter a Dairy Product, and Does it Contain Lactose?". Authority Nutrition (ingilis). 1 iyul 2016. 28 yanvar 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2016.
  4. "Definition of DAIRY". www.merriam-webster.com. 30 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2016.
  5. Food and Agriculture Organization of the United Nations, "Dairy production and products: Milk and milk products" [1] Arxiv surəti 27 oktyabr 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 27 oktyabr 2016 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]