Süleyman Əbu Leyla Paşa

Süleyman Əbu Leyla Paşa
سليمان پاشا أبو ليلا
1749 – 1762
ƏvvəlkiƏhməd Paşa
SonrakıÖmər Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1694
Vəfat tarixi
Həyat yoldaşı Adilə Xatun
Dini islam

Süleyman Əbu Leyla (Ərəbcə: سليمان باشا أبو ليلة, Osmanlıca: سليمان پاشا أبو ليلا, gürcü: სულეიმან აბუ ლიილი; d. 1762) - Məmlük sülaləsindən olan İraq hökmdarı (1749-1762)[1].

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Məmlük sülaləsindən olan Bağdad Paşalıq'ın ilk hökmdarı Həsən Paşa Bağdada 1702-ci ildə gəldi və 1704-cü ildə İraq hökmdarı oldu[2]. Onun varisi Əhməd Paşanın rəhbərliyi ilə vilayətin idarəçiliyində islahatlar aparıldı və İraqın müdafiə sistemini sahmanlaşdırdı. Bağdad Paşalıq əyalətini idarə etmək üçün Məmlüklüdən gələn mühacirlər tez-tez iştirak edirdi və Əhməd Paşanın rəhbərliyi altında iki min Məmlüklərdən bir Mühafizə Birliyi yaradıldı[1][3].

Süleyman Əbu Leyla Paşa Məmlük sülaləsindən idi və "Məmlük Qvardiyasında" xidmət etmişdir[4]. sonra Əhməd Paşanın kürəkəni oldu. Əhməd Paşanın ölümündən sonra türk sultanı I Mahmud İraqdakı Məmlükları hakimiyyətdən uzaqlaşdırmağa çalışdı. 1747-1748-ci illərdə Osmanlı sultanı Bağdadda 3 qubernator dəyişildi. Türk hakimiyyətinin hərəkətləri yerli əhali və Məmlüklərin narazılığı ilə qarşılandı[4]. Sonda Süleyman Əbu Leyla Bağdadın Paşasına qarşı üsyan etdi və öz qüvvələriylə Bəsrədən Bağdada köçdü. Şəhəri atəşə tutdu və üç gün davam edən döyüşlərdən sonra Osmanlının təin etdiyi Paşa Bağdadı tərk etməyə məcbur qaldı[5].

İstanbul hakimiyyəti, İraq üzərində nəzarətini itirərək, 1749-cu ildə Süleyman Əbu Leylayı Bağdad Paşası təyin etdi. Bu, 84 il ərzində Məmlüklərə İraq üzərində nəzarət etməyə imkan verdi[6]. Əbu Leyla, hakimiyyəti dövründə ƏrəbKürd tayfalarını kontrol etməyi bacardı. O, həmçinin Avropa tacirlərini dəvət edərək onlarla ticarət qurdu. İngilis Şərqi Hind şirkətiBəsrədə ticarət mərkəzi yaratmağa icazə verdi, 1763-cü ildə Süleymanın ölümündən sonra bu ticarət mərkəzi açıldı.

Süleyman Əbu Leyla Paşa 1762-ci ildə vəfat etdi. Ölümündən sonra canişini üçün yeddi namizəd vardı və hamısı Məmlüklərdəniydi. Əbu Leylanın namizədləri arasında qarşıdurma olsa da sonunda İraqdakı hakimiyət Ömər Paşaya(1762-1776) keçdi[7].

  1. 1 2 Andrew James McGregorA Military History of Modern Egypt: From the Ottoman Conquest to the Ramadan War pages.57
  2. Hathaway, Jane; Barbir, Karl The Arab Lands under Ottoman Rule: 1516-1800 Pearson Education 2005 p.96 ISBN 9780582418998
  3. Kissling, H. J.The Last Great Muslim Empires Brill 1966 pages.82-85 ISBN 90-04-02104-3
  4. 1 2 "Возвышение мамлюков". mybiblioteka.su. 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.
  5. كتاب لمحات إجتماعية من تاريخ العراق الحديث ج1 - الدكتور علي الوردي - ص 155
  6. Кисслинг Х. Я.Последняя великая мусульманская империя 1969 82—85 ISBN 90-04-02104-3
  7. عباس العزاوي (تاريخ العراق بين احتلالين) - ج6 ص32،. 32

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
Süleyman Əbu Leyla Paşa
Doğum: bilinmir Vəfat: 1762
Hakimiyyət titulları
Sələfləri 
Əhməd Paşa
Osmanlı İmperiyasında Paşalıq
1749-1762
Xələfləri 
Ömər Paşa