Sürtünmə

Sürtünmə toxunan cisimlərin nisbi yerdəyişməsi və ya cismin müxtəlif hissələrinin bir-birinə nisbətən yerdəyişməsi zamanı yaranan mexaniki müqavimət. Birinci halda sürtünmə xarici sürtünmə, ikinci halda isə daxili sürtünmə adlanır.

Sürtünmə prosesi

Toxunan cisimlər bir-birinə nisbətən sükunətdə olduqda yaranan sürtünməyə sükunət sürtünməsi, hərəkətdə olduqda isə kinematik sürtünmə deyilir. Sürtünmə qüvvəsi- toxunan səthlərin kələ-kötürlüyü və həm də bir-birinə sıxılması nəticəsində meydanə çıxan qüvvədir. Bir cismin digər cisim üzərində hərəkət zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvə sürtünmə qüvvəsi deyilir. Onun 3 növü var:

  1. Sükunət
  2. Sürüşmə
  3. Diyirlənmə

Düsturu — Fs=μ(mü)×m×g F=m×g

μ(sürtünmə əmsalı) — adsızdır, Vahidi yoxdur, toxunan səthlərin növündən, kələ-kötürlüyündən, necə cilalanmasından asılıdır.

Fs<N(Həmişə)

Sürtünmə qüvvəsinin növləri üç yerə bölünür:

Sükunət sürtünmə qüvvəsi

[redaktə | mənbəni redaktə et]

Sükunət sürtünmə qüvvəsi — cismə toxunan səthə paralel qüvvə təsir edən zaman yaranır və hərəkət etdirmək istəyən qüvvənin əksinə yönələrək onu kompensasiya etdiyindən cisim sürət ala bilmir. Sükunət sürtünmə qüvvəsinin maksimal qiyməti, ədədi qiymətcə cismi sükunət halından çıxaran qüvvəyə bərabərdir. Xarici qüvvə hərəkət nəticəsində meydana çıxan sürtünmə qüvvəsini tarazlaşdırdıqda cisim düzxətli bərabərsürətli hərəkət edir. Təbiətdə və texnikada sürtünmə həm faydalı, həm də zərərli olur.

Sürüşmə sürtünmə qüvvəsi

[redaktə | mənbəni redaktə et]

Sürüşmə sürtünmə qüvvəsi — bir cismin digər cismin üzəri ilə sürüşməsi zamanı yaranan və hərəkətin əksi istiqamətində yönələn qüvvədir.

Diyirlənmə sürtünmə qüvvəsi

[redaktə | mənbəni redaktə et]

Fs ilə işarə olunur və Fs=μN kimi təyin olunur. Burada μ (yunan hərfi mü)- sürüşmə sürtünmə əmsalıdır, vahidi yoxdur, toxunan səthlərin materialından və səthlərin hamarlıq dərəcəsindən asılıdır. N, cismi səthə sıxan təzyiq qüvvəsidir və bir çox hallarda bu, cismin çəkisinə bərabərdir.

Diyirlənmə sürtünmə qüvvəsi-bir cismin digər cisim üzərində diyirlənməsi zamanı yaranan qüvvədir və sürüşmə sürtünmə qüvvəsindən dəfələrlə azdır. Sürtünmə qüvvəsi elektromaqnit təbiətli qüvvədir.

Əsas düsturlar

[redaktə | mənbəni redaktə et]
  • Fsürtünmə= μmg
  • Ftəzyiq=mg
  • F=MN
  • a=F\m
  • a=Mg
  • Fmüq=av
  • t=v0/a=mv/F
  • F=mg
  • S=v^2
  • /2a
  • Murquzov, M və b. Fizika, VII sinif, BAKI, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]