Səhmdar — dövlət və ya özəl şirkətdə bir və ya daha çox hissənin qanuni sahibi olan şəxs və ya təşkilatdır.
Bir səhmdarın iş sahəsindəki təsiri, sahiblik payı faizi ilə təyin olunur. Şirkətin səhmdarları qanuni olaraq şirkətin özündən ayrıdırlar və ümumiyyətlə, şirkətin borclarına görə məsuliyyət daşımırlar.
Səhmdarların hüquqlarını aşağıdakı kimi təsnifatlaşdırmaq olar:[1]
Səhmdarların maraqlarının müdafiəsinin dövlət forması aşağıdakı müdafiə üsullarını özündə ehtiva edir:[2]
1. Mülki-hüquqi; 2. İnzibati-hüquqi; 3. Cinayət-hüquqi.