Səmra Özal

Səmra Özal
türk. Semra Özal
Türkiyənin birinci xanımı
9 noyabr 1989 – 17 aprel 1993
PrezidentTurqut Özal
ƏvvəlkiSəkinə Evrən
SonrakıNəzmiyyə Dəmirəl
Şəxsi məlumatlar
Doğum tarixi (90 yaş)
Doğum yeri İstanbul, Türkiyə
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Turqut Özal (1954-1993)

Səmra Özal (türk. Semra Özal; 12 yanvar 1934, İstanbul) — Türkiyənin 8-ci birinci xanımı. O, Türkiyənin 8-ci prezidenti olan Turqut Özalın həyat yoldaşı olub.[1] Onlar 1954-cü ildə evləniblər. Bu evlilikdən onların üç övladı dünyaya gəlib: Əhməd Özal (d. 1955), Zeynəb Özal (d. 1956) və Efe Özal (d. 1967). Səmra Özal Ana Vətən Partiyasının hakimiyyəti zamanı "Türk Qadınını Gücləndirmə və Tanıtma Fondu"na sədrlik edirdi. 1991–1992-ci illər arasında Ana Vətən Partiyasının İstanbul vilayəti təşkilatına sədrlik edib. 1993-cü ildə Turqut Özalın ölümündən sonra İstanbulda yaşamağa davam edir.

  1. "Profile : Turkey's First Lady Has a Few Ideas of Her Own : Semra Ozal flouts tradition. Reports say she may run for prime minister. Whether hated or loved, she's a key figure in a battle between political extremes". Los Angeles Times. 23 October 1990. 2015-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-09.