S-75 | |
---|---|
Tipi | Zenit raket kompleksi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1957 - davam edir |
İstismara başlanması | 1957 |
İstifadə edilən döyüşlər | Vyetnam müharibəsi, Altıgünlük müharibə, Hindistan-Pakistan müharibəsi, İran-İraq müharibəsi, Körfəz müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor |
Raspletin KB-1 (əsas konstruktor) Qruşin MKB Fakel (raket konstruktoru) Lavoçkin OKB |
Konstruksiya tarixi | 1953 - 1957 |
İstehsal illəri | 1957 |
İstehsal sayı | 4600 |
Variantları | S-75 Dvina, S-75M-2 Volxov-M, S-75 Desna, S-75M Volxov, S-75M Volqa |
Xüsusiyyətləri | |
Ağırlığı | 2,300 kq |
Sürət | Mach 3.5 |
Uzunluğu | 10,600 mm |
Vikianbarda əlaqəli mediafayllar |
S-75 Dvina (rusca: C-75; NATO kod adı: SA-2 Guideline) yüksək hündürlükdə uçan hədəfləri məhv etmək məqsədilə hazırlanmış Sovet istehsalı zenit raket kompleksidir. 1957-ci ildə ilk dəfə istismara verilməsindən indiyə qədər tarixdə ən geniş yayılmış hava hücumundan müdafiə sistemi hesab edilir. Bu kompleksdən ilk dəfə Çində istifadə olunmuşdur. Belə ki, 7 oktyabr 1959-cu il tarixində Çin hava məkanına daxil olan Tayvana məxsus Martin RB-57D Canberra kəşfiyyat təyyarəsi yerdən 20 km yüksəklikdə S-75 kompleksinə daxil olan üç ədəd V-750 (1D) raketləri vasitəsilə məhv edilmişdir.[1]
Bu sistemin daha yeni raketi olan V-750VN (13D) raketləri isə ilk dəfə 1960-cı ildə baş verən U-2 insidenti zamanı uğurla tətbiq olunmuşdur. Belə ki, 1 may 1960-cı il tarixində SSRİ hava məkanına daxil olan və hava kəşfiyyatı aparmağa cəhd edən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus U-2 təyyarəsi Sovet HHM qoşunları tərəfindən məhv edilmişdir.