SU-152 ''Taran''

SU-152 Taran
SU-152-nin Kubinka Tank Muzeyindəki tək prototipi.
SU-152-nin Kubinka Tank Muzeyindəki tək prototipi.
Tipi Tank qatili
Ölkə
İstehsal tarixçəsi
İstehsal illəri 1965
İstehsal sayı 1
Xüsusiyyətləri
Ağırlığı 27 ton
Zireh 30 mm (gövdənin önü, qüllənin önü)
Mühərrik

V-54-105 dizel motor

353 kW (473 at gücü)
Sürət 63,4 km/saat
Əsas silah

152.4 mm-lik M-69 “Taran” yivli topu

(9045 mm uzun lüləli)
Uzunluğu 6.87 m (gövdə)
Eni 3.12 m
Hündürlüyü 2.82 m
Ekipaj 4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zireh: 30 mm (gövdənin önü, qüllənin önü)

Döyüş radiusu: 280 km

Transmissiya sistemi: mexanika


SU-152 “Taran” (СУ-152 “Таран”), 1965-ci ildə tamamilə məxfi surətdə yaradılmış SSRİ mənşəli tank qatilidir.

1965-ci ildə SSRİ ordusunun rəhbərliyi müəyyənləşdirdi ki, arsenalında olan T-54, T-55 orta tankları və T-10 ağır tankları ABŞ istehsalı olan M60 PattonBöyük Britaniya istehsalı olan Chieftain tanklarının ön zirehini dağıtmağa qadir deyil. Məhz bu məqsədlə SSRİ rəhbərliyi bir neçə tank toplarının sınağına başladı: buraya yeni APDS mərmiləri ilə təchiz edilmiş və mövcud tank lülələri üçün fiqurlu mərmilər, 115-130 mm-lik kalibrlik yeni yivli və yivsiz tank lülələri və anti-tank raketləri daxil idi.

Bu layihələrdən biri SU-152 “Taran” idi. Zavod adı Object 120 (Объект 120) idi. Atış gücü və hərəkətlilik qabiliyyətinə görə bu tank digər düşmən tank qatilləri ilə müqayisədə daha üstün idi. SU-152 “Taran”ın qəbul edilməməsinin ən böyük səbəbi, həmin dövrdə, 125 mm-lik yivsiz tank lülələrinin və anti-tank raketlərinin effekttivliyinin kifayət qədər inkişaf etdirilməməsi idi.

SU-152 “Taran”, güclü lülə əyləci ilə təchiz edilmiş, 9045 mm lülə uzunluğuna malik, 152.4 mm-lik çapa sahib M-69 “Taran” topuna malik idi. Bu top ümumi uzunluğu təxminən 10 metr olan, tamamilə qapalı zirehli bir müharibə maşınına quraşdırılmış olan hər növdən ən uzun silahdır. Silahın maksimum atəş açma mənzili 2050 metr təşkil edirdi. SU-152 “Taran” 22 ədəd APDS və yüksək patlayıcılı sursat daşıya bilirdi. Silahın yarı avtomatik bir mərmi yükləmə sistemi var idi və dəqiqədə 3-5 dəfə atəş açmağı bacarırdı. Yüksək patlayıcılı sursat 43,5 kq-lıq ümumi ağırlığa sahib idi ki, bunun da 10,7 kq-lıq hissəsi döyüş başlığının payına düşürdü. Bu top 12.5 kq-lıq APDS mərmisini (10.7 kq-lıq döyüş başlığı ilə birgə) 1720 metr/saniyə kimi yüksək sürətlə lülədən çıxışını təmin edirdi. M-69 “Taran” topu 90°-lik bir maililikdə 290 mm qalınlığa sahib RHA zirehini yüksək nüfuzla məhv etməyə qabil idi.[1]

  1. "Опытная самоходная установка "Объект 120"". 2012-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-11.