Sadiatt - Lidiyanın 28-ci çarı, Mermnadlar sülaləsindən olan üçüncü hökmdar (e.ə. 629-617)[1].
Herodotun məlumatına əsasən Lidiya çarı Sadiatt 12 il hakimiyyətdə olmuşdur.[2]. Sadiatta babası Qiqdən və atası II Ardisdən güclü dövlət miras qalmışdır.
Hakimiyyətinin son 6 ilində Sadiatt İoniya vilayətinin Milet şəhəri ilə müharibələr aparmış, onun ölümündən sonra bu mübarizəni onun oğlu II Aliatt davam etdirmişdi. Bu müharibələrin əsas xüsusiyyəti ondan ibarət idi ki, lidiyalıların quru qoşunları güclü idi, miletlilər isə dənizdə hökmranlıq edirdilər. Lidiyalılar möhkəmlənmiş şəhəri ələ keçirə bilmədilər. Şəhərin mühasirəsi də miletlilərin hərbi donanmasının müntəzəm hücumları nəticəsində uğursuz oldu. Lidiyalıların əsas taktikası hər il biçin vaxtı hücum edərək əkin sahələrini yandırmaq idi.[3].