Sagum

Sagum geyinmiş sarmat heykəli

Sagum — Qədim Romada yundan hazırlanan hərbi geyim.

Sagum Roma ordusunda sərkərdə, generallar, yuxarı rütbəli zabitlər tərəfindən geyilən paludamentumdan fərqli olaraq, Roma əsgərləri və aşağı zabitlər tərəfindən geyilən bir paltar idi. Çox kasıb və ya ucqar ərazilərdə yaşayanlar sagumu vəhşi heyvan və ya qoyun dərisindən hazırlayırdılar. Toqadan fərqli olaraq sagum hərbi geyim idi.

Sagumun yuxarı üçüncü hissəsi açıq başlıq halında idi, çiyinlərdən kürəyə qatlanırdı və yağışlı havalarda bədənin kürk hissəsinin islanmasının qarşısını alırdı. Pis hava şəraitində həmin hissədən həm də başı örtmək üçün istifadə olunurdu. Hərbi səfərlər zamanı ondan yorğan kimi də istifadə edilirdi.

Adi sagum fibulanın (metal sancaq) vasitəsilə sağ çiyinə bağlanırdı. Sagumdan, konsullar istisna olmaqla, bütün Roma [[vətəndaşları istifadə edirdilər. Sagum həmçinin yoxsul insanlar üçün bürüncək hesab olunurdu. Qaynaqlara əsasən Şimali Avropada romalılardan başqa sarmatlar, skiflər, almanlar da[1]. " sagumdan istifadə edirdilər. (Sagum geyinmiş sarmat abidəsi bu günədək qalmaqdadır). Roma ədəbiyyatının "qızıl dövrü"nün görkəmli şairlərindən olan Horatsiyə görə dövlət xadimləri və hərbi rəislər də sagum geyinirdilər.[2]. Qədim Romalı natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi Mark Tulli Siseron sagumun hərbi rəislərin fərqli geyimlərindən biri olduğunu qeyd edirdi.[3]. Xarici görkəminə əsasən Sagum qədim Roma ordusunun yüksək vəzifəli hərbi rəislərinin istifadə etdikləri geyim forması olan paludamentuma bənzəyirdi, lakin onlar fərqli materiallardan ibarət idi.

  • William Ramsay, "Sagum", in William Smith, A Dictionary of Greek and Roman Antiquities, John Murray, London, 1875 pp. 1002.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. [Tacitus, La Germanie, Les Belles Lettres, 170 səh. (ISBN 978-2-251-79914-8), səhifə 115]
  2. Гораций. Письма. IX. 28.
  3. Цицерон. Филиппики. XIV. 1.