Sahibə Qafarova

Sahibə Qafarova
Vəzifədədir
10 mart 2020-ci ildən
Prezidentİlham Əliyev
Vitse-prezidentMehriban Əliyeva
ƏvvəlkiOqtay Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 19 mart 1955(1955-03-19) (69 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi filologiya
Elmi dərəcəsi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar müəllimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahibə Əli qızı Qafarova (19 mart 1955, Şamxor) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin sədri (2020-ci ildən) və IV, V, VI çağırış deputatı, TÜRKPA-nın fəaliyyətdə olan sədri, filologiya elmləri doktoru, professor.

Şəmkir şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib.

1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib.

2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.

2010–2020-ci illərdə dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2015–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədr müavini vəzifəsində çalışıb.

2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.

2015–2017 Avropa Şurası Parlament Assambleyasının "Zorakılıqdan azad qadınlar" parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin Sədri vəzifəsində çalışıb, Büro üzvü olub.

2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

Hal-hazırda MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

Bir sıra dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın, eləcə də 80-dan çox elmi məqalənin müəllifidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İştirak etdiyi layihələr və təşkilatlar

[redaktə | mənbəni redaktə et]
  • 2002-ci ildə ABŞ Dövlət Departamentinin "International Visitor" proqramı;
  • 2006-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində ABŞ-nin Prinston şəhərində START/CAUCASUS Təlim proqramı çərçivəsində ETS treninqlərində iştirak edib;
  • 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin "Gender araşdırmaları" İnstitutunda çalışıb;
  • ABŞ-nin Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış edib;
  • 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür;[1]
  • Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış deputatı;[2]
  • Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü;
  • 2015–2017-ci illərdə AŞPA-nın "Qadınlara qarşı zorakılıqla mübarizə" üzrə Baş məruzəçisi olub. Həmin gurumun "Qadınlara qarşı zorakılıqla yox!" şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb;
  • 2016–2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub;
  • 2018-ci ildən AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir;
  • Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondun himayəçilik şurasının üzvüdür.

Üzv olduğu beynəlxalq elmi cəmiyyətlər

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil sahəsində xidmətlərinə görə, "Əməkdar müəllim" fəxri adına layiq görülüb.[3]

  1. "12 Mar 2020". 12 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-08.
  2. "Sahibə Qafarova kimdir?". 2020-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-08.
  3. "Bakı Slavyan Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]