Sahul — tarixdən əvvəl mövcud olmuş qitə. Onun 98 milyon il əvvəl meydana gəldiyi, qədim superqitə Qondvanadan qoparaq, Son buzlaq maksimumunun sonuna qədər (18,000 il əvvəl) təcrid olunmuş vəziyyətdə mövcud olduğu və unikal bir ekosistem meydana gətirdiyi güman edilir. Qitə indiki Antarktida, Avstraliya, Yeni Qvineya və Tasmaniya ərazisini özündə birləşdirirdi.
Təxminən 40 milyon il əvvəl Antarktida Sahuldan ayrılmışdır, lakin Avstraliya və Yeni Qvineya dəniz səviyyəsinin indikindən aşağı olması səbəbindən Torres boğazının yerində və Arafura dənizinin bir hissəsində quru körpü ilə bağlı qalmışdır.[1]
İnsanlar qitəyə təxminən 55,6 min il əvvəl gəlmiş və onun meqafaunasının kütləvi məhvinə səbəb olmuşdur.[2]