Sakomoto Ryoma | |
---|---|
坂本 龍馬 | |
Digər adı | Sakomoto Naonari |
Doğum tarixi | |
Doğum yeri | Yaponiya, Koçi şəhəri |
Vəfat tarixi | 10 dekabr 1867-ci il (31 yaşında) |
Vəfat yeri | Yaponiya, Kyoto |
Vəfat səbəbi | döyüşdə ölüm |
Milliyyəti | Yapon |
Fəaliyyəti | siyasətçi, sahibkar, Samuray |
Vikianbarda əlaqəli mediafayllar |
Sakomoto Ryoma - Edo dövrünün yapon siyasi və ictimai xadimi. Yaponiya milli qəhrəmanların biri. Əsl adı - Sakomoto Naonaridir.
Sakomoto Ryoma 3 yanvar 1836-cı ildə anadan olub. O, Sakomoto Hatibeyanın ikinci oğlu idi. Bir illik gəliri yüksək idi və ildə 197 koku təşkil edib.
Uşaqlıqda Ryoma pis oxuduğuna görə ona savadsız deyirdilər. Buna baxmayaraq, oğlan Hinzo Benzinin rəhbərliyi altında bu məktəbdə qılıncoynatma sayəsində öz xarakterini tərbiyə edirdi. 1853-cü ildə o, Edo şəhərində təhsilini davam etdirib, "Qılınc qütb ulduzu" qılıncoynatma üslubunu mənimsəyib. Müəllimi Sadakiti Tibı idi. Ryoma neçə ildən sonra vətənə qayıtdı, ancaq qılınc sənətini təkmilləşdirmək məqsədilə 1856-cı ildə səyahətə ikinci dəfə gedib. O, qılıncoynadmağla özünə şöhrət qazanmışdı, bu üslub ustası üzrə diplom alıb və 1858-ci ildə evə qayıdıb.
Həyatının sonunda Ryoma Toca knyazlığının Fukuki Naqasaki və öz funksiyasını yerinə yetirdi. 10 dekabr 1867-ci ildə vəfat edib.