Salmaqundi (fran. Salmagundi və ya Salmagundy) — Fransız dilində buna soyuq vineqred də deyirlər. Tərkibindəki ədviyyatlardan asılı olaraq dadı fərqlənir. XVII-XVIII əsrdə salmaqundi Atlantik okean ətrafında Qərbi Afrika və Madaqaskarda geniş yayılmışdır.[1]. Bu yemək piratların əsas yeməyi hesab edilirdi. Əsas tərkibi tərəvəzlərdən ibarətdir.[2]
Salmaqundini hazırlamaq çox asandır. Müxtəlif növ ətdən, o cümlədən də tısbağa, ördək, qaz və s. ətindən istifadə olunur. Həmçinin ona siyənək və ançous da əlavə edilir.[3] Bununla yanaşı, turşulardan da (palma, kələm, manqo, soğan və s. turşusu) istifadə olunur.[4] Salata yağ, iskus, duz, bibər və s. ədviyyatlar da daxil əlavə edilir.[5]