Samqyopsal (kor.삼겹살; samɡjʌp̚sal) - Koreya mətbəxinin ən məşhur yeməklərindən biri. Donuz karkası, ədviyyat əlavə edilərək qril şəkildən bişirilir. Adətən axşam yeməyində yeyilir[1].
Yemək donuz karkasından hazırlanır[3]. [4] Koreyada donuzun qiyməti fərqlidir. Onlar donuzu Belçika, Niderland və digər ölkələrdən gətirirlət. Ən ucuz donuz Koreyada yetişdiriləndir. 2006-cı ildə aparılan sorğuya əsasən bu yemək Koreyalıların ən sevimli yeməyidir (85%).[5][6][7]
Samqyopsalla ən çox verilən qarnir salatdır (sançxu; 상추). Sançxu saltı pendirli sarımsaqlı salatdır. Bəzən ona tərəvəzdə əlavə edirlər və kkesip (kkesip; 깻잎)adlanır.[8]
Bu yeməyi adətən iki sousla verilir. Birincisi ssamcan (쌈장) kocxudcan (고추장), tvencan (된장), kuncut yağı (참기름) və başqalarından ibarət sousdur.
İkincisi isə kirimcan adlanır. Bu sous duz, qara istios və kuncut yağından ibarətdir[9][10].