San-Dieqo | |||||
---|---|---|---|---|---|
San Diego | |||||
![]() | |||||
|
|||||
32°42′54″ şm. e. 117°09′45″ q. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 16 iyul 1769 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 130 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | |||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 619, 858 | ||||
Poçt indeksi | 92101–92117, 92101, 92104, 92105, 92110, 92113, 92116 | ||||
Digər | |||||
sandiego.gov | |||||
![]() |
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993[5] nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır.[6] Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır.
Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur. O 1542-ci ildə İspaniya bayrağı altında üzən gəmisi San Salvador ilə bu əraziyə yetişmişdir. Xuan Rodrigez bu əraziləri İspaniya Krallığının ərazisi kimi elan etmiş və buranı San Migel adlandırmışdır. 1602-ci ildə bu ərazilərin xəritəsini qurmaq üçün göndərilən ekspedisiyanın tərkibində olan xristian missionerləri bu ərazidə daimi qalmağa qərar verirlər. Artıq 1769-cu ildə İspaniya ordusu burada El Presidio Reál de San Diego adlanan qala tikirlər. Həmin tarix San-Dieqo şəhərinin əsasının qoyulduğu tarix hesab olunur. 1830-cu illərdə Meksika bu şəhəri ələ keçirir. 1848–1850-ci illərdə davam edən Meksika-Amerika müharibəsi nəticəsində bütün Kaliforniya ərazisi, həmçinin San-Dieqo şəhəri ABŞ hakimiyyəti altına keçir. 1850-ci ildə San-Dieqoya şəhər statusu verilir. İkinci dünya müharibəsindən sonra San-Dieqo ərazisində çoxlu sayda hərbi baza salındı. Bununla əlaqədar olaraq şəhərdə hərbi məhsullar istehsal edən çoxlu müəssisələr açıldı.
Şəhərdə fəaliyyət göstərən San-Dieqo Ştat Universiteti 1897-ci ildə yaradılmışdır.
ABŞ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |