Sarı süsən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Sarı süsən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sarı süsən (lat. Iris pseudacorus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.
Çoxillik ot bitkisidir. Kökümsovu çox yoğun, uzun, çox budaqlanmışdır. Gövdəsi 80—100 sm hündürlükdə, yarpaqları boz—yaşıl, enli- xətvari və ya xətvari –lansetvari, 1-2(2,5) sm enindədir, aşağı yarpaqları gövdədən uzundur. Çiçək qrupu 4-8 çiçəklidir. Təpə yarpaqları yaşıl, kənarları və təpə hissəsi pərdəlidir. Çiçəkyanlığı 7 sm uzunluğunda, sarı rənglidir. Sütuncuq uzunsov, 3 sm uzunluöunda, tozcuq krem rəngli və ya narıncıdır. Qutucuq 4—5 sm uzunluğunda, küt, üçtillidir.
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Kriptofit (hidrofit) bitkidir, aranda yayılmışdır. Durğun sular, bulaqlar, arxlar, suvarma kanallarının kənarları, bataqlıq yerlər və çəmənliklərdə Berula erecta, Mentha aquatica, Veronica anagallis-aquatica, Nasturtium officinale bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştrirak edir. Boyaq, dekorativ və dərman bitkisidir.
Samur-Dəvəçi ovalığı və Lənkəran ovalığı (Astara rayonu, Təngərud və Maşxan kəndləri ətrafında, Lənkəran rayonunun girəcəyi), Bozqır yaylası, Kür düzənliyi.
Populyasiyalarının sayı azalır.
Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma) və iqlimin dəyişilməsi (quraqlıqların nəticəsində su hövzələrinin quruması).
Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması, yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqqi, soğanaq və toxumlarının toxum bankında saxlanılması təklif olunur.