Saruman | |
---|---|
Yaradan | Con Tolkin |
Canlandıran | Kristofer Li |
Məlumat | |
Cinsi | kişi[d] |
Saruman — 3-cü çağda Orta Dünyaya Vaların təmsilçisi olaraq gələn ilk sehrbaz.
Saruman nə insan, nə də elfdir. O istaridir. İnsanlar arasında tanındığı Saruman adı rohancadır.
Saruman yaşlı insan cildində təsvir olunur. 3-cü çağın sonlarında saç-saqqalının çoxu ağarmışdır. Ağzının ətrafındakı tüklər qaradır. Uzun boylu, uzn sifətli, dərin gözlüdür. Ağ paltar geyinir.
Görünüş və xasiyyət olaraq Qandalfa bənzəyir. Ancaq Saruman Qandalfın əksinə təkəbbürlüdür. Özünü üstün görər, Radaqastı açıqla özündən aşağı bilirdi. Qandalfın isə gücünə bələd olduğundan onu özünə tay hesab edirdi.
Saruman əvvəllər missiyasına sadiq idi və Sauronu məğlub etmək məqsədi güdürdü. Amma gürur və paxıllığı onu xidmət elədiyi missiyaya xain olmağa məcbur elədi.