Sarı Tağı

Sarı Tağı
fars. ساروتقی اعتمادالدوله
Sarı Tağının moğol üslubunda çəkilmiş rəsmi.
Sarı Tağının moğol üslubunda çəkilmiş rəsmi.
1633 – 1645
ƏvvəlkiMirzə Talıb xan
SonrakıXəlifə sultan əl-Hüseyni
Şəxsi məlumatlar
Doğum tarixi 1579
Doğum yeri Təbriz, Səfəvilər dövləti
Vəfat tarixi 11 oktyabr 1645(1645-10-11)
Fəaliyyəti hərbi lider[d]
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı.

Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb.[1] Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib.[2] O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb[1] və mülkü əlindən alınıb. İttihamın yalan olduğu ortaya çıxandan sonra I Abbas Sarı Tağının mülkünü geri qaytarıb.[3]

Bir il sonra Sarı Tağı Mazandaranın hakimi və bundan bir il sonra Gilanın hakimi təyin edildi.[2] Onun hakimiyyəti dövründə bir çox bina və şəhərlərin, o cümlədən Fərahabad və Behşəhrin əsası qoyuldu.[4] 1629-cu ildə Sarı Tağı ilə arası yaxşı olan I Səfi hakimiyyətə gəldi. Həmin il Gilan və Mazandaranda Qərib şahın başçılığı ilə edilən üsyan Sarı Tağının daxil olduğu bir qrup hakim tərəfindən yatırıldı.[5][6]

1631-ci ildə Sarı Tağı şiə türbələrinin abadlaşdırılması üçün Bağdada göndərilir.[7] O, iki il sonra Mirzə Talıb xanı təhqir edir və onu öldürür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Ordubadi Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. [1] Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.[1]

  1. 1 2 3 4 Babaie, 2004. səh. 42-43
  2. 1 2 Matthee, 2011. səh. 40
  3. Blow, 2009. səh. 230
  4. Babaie, 2004. səh. 98
  5. Matthee, 1999. səh. 122
  6. Newman, 2008. səh. 75
  7. Matthee, 2011. səh. 41