Sarılıq

Sarılıq
Hepatit A nəticəsində dərinin və gözün saralması
Hepatit A nəticəsində dərinin və gözün saralması
XBT-10 R17.
XBT-9 782.4
XBT-9-KM 782.4
DiseasesDB 7038
MedlinePlus 003243
MeSH D007565
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər.

Pəhrizlə müalicə

[redaktə | mənbəni redaktə et]

Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir.

Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir. Ayrılıqda arpa şirəsi, razyana, kərəviz kökünün qabığı, iskəncəbi, ispanaq, turş alma və turş nar yemək müsbət tə"sir göstərir. Xəstəlik istilikdən olarsa və ürəkbulanması baş verərsə, bişmiş qara gavalı yemək, kasnı suyu, quşüzümü suyu içmək münasibdir. Bu zaman pərpərən yarpağı, arpa unu, gülxətmi yarpağı, qızılgül, səndəl, gülab və sirkə qarışığından təpitmə qoyulur. Xəstəlik ciyər yollarının və damarlarının tutulmasından irəli gələrsə, əvvəlcə xəstəni qusdurmaq, sonra vanna qəbul etmək, bədəni bənövşə yağı ilə yağlamaq lazımdır. Bunun ardınca kərəviz, razyana, şüyüd suyunu (hər birindən 24q) qaynadıb ona 7.2q şirin badam yağı, 2.4q püstə yağı, 2.4q badam yağı qatıb yeyirlər.

Istilik bir müddət davam edərsə, vanna qəbul etmək, bədənə çobanyastığı, süsən və şüyüd yağı sürtmək faydalıdır. Sarılıq gözlərə nüfuz edərsə körpə balqabağı xəmirə tutub od üzərində bişirir, suyunu çıxarıb gözə çəkirlər. Bu baxımdan təzə keşniş suyu da faydalıdır.[1]

  1. "Arxivlənmiş surət". 2013-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-10.