kənd | |
Sarıyar | |
---|---|
41°12′ şm. e. 44°21′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Loru mahalı]] |
Rayon | [[Vorontsovka rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.700 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.[2]
Rayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilir[3].
Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur.
Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində «yarğan» mənasında işlənən yar[4] birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir.
Ona görə də kənd Sarıyar adlarıdırılıb. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan prezidenitinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Apavan qoyulmuşdur.
Kənddə 1886-cı ildə 78 nəfər, 1897-ci ildə 92 nəfər, 1904 - cü ildə 105 nəfər, 1914 - cü ildə 97 nəfər azərbaycanlı yaşamışdır[5].
1916-1918-ci illərdə kəndin sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 149 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 181 nəfər azərbaycanlı yaşamışdır[5].
1988-ci ilə kimi kənddə yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin sonlarında Ermənistan dövləti kəndin sakinlərini tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər məskunlaşıb.