Saudi Aramco

Saudi Aramco
Ümumi məlumatlar
Tipi Dövlət mülkiyyətində olan müəssisə
Sənaye neft sənayesi[d]
Məhsulları neft, təbii qaz
Təsis tarixi 1933 (California-Arabian Standard Oil Co.)
1944-dən (Aramco)
1988-dən (Saudi Aramco)
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 1.046.235.000.000 SR (31 dekabr 2019)[1]
Ümumi aktivlər 398.4 milyard US$ (2019)
Ümumi gəliri 329.8 milyard US$ (2019)
Xalis mənfəəti 88.2 milyard US$ (2019)
Əməliyyat mənfəəti 177.8 milyard US$ (2019)
Struktur
İşçi sayı 76 000 (2015)
saudiaramco.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saudi Aramco (ərəb. أرامكو السعودية‎ tələf. Arāmkō s-Saʿūdiyyah) — Səudiyyə Ərəbistanının milli neft şirkəti. Hasilat və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkəti. "Saudi Aramco"nun dəyərinin 1,25 trilyon ABŞ dolları[2] ilə 7 trilyon dollar[3] arasında olduğu hesab edilir və bununla da dünyanın ən böyük dəyərə sahib şirkətidir. Şirkətin baş qərargahı Dahran şəhərində yerləşir.[4]

"Saudi Aramco" 260 milyard barellə dünyanın ən böyük təsdiq olunmuş neft ehtiyatlarına[5] və ən böyük gündəlik hasilat səviyyəsinə malikdir. Şirkət Səudiyyə Ərəbistanındakı bütün enerji resurslarının sahibi və istifadəçisidir.

"Saudi Aramco"nun 2013-cü ildəki neft hasilatı 3,4 milyard barrel (544 milyon ton) təşkil etmişdir. Şirkət Səudiyyə Ərəbistanındakı 100-dən artıq neft və qaz yatağını, o cümlədən 8,2 trilyon m3 təbii qaz ehtiyatlarına nəzarət edir.[5] "Saudi Aramco" dünyanın qurudakı ən böyük neft yatağı olan Qavar və dənizdəki ən böyük neft yatağı olan Safaniyə yatağını idarə edir.[6]

Saudi Aramco və Formula 1

[redaktə | mənbəni redaktə et]

2020-ci ilin martında, Formula 1, dünyanın aparıcı inteqrasiya edilmiş enerji və kimya şirkəti olan “Saudi Aramco” (Aramco) ilə yeni uzunmüddətli qlobal sponsorluq müqaviləsi imzaladıqarını elan etdi.

Və bununla da, “Aramco”, Formula 1-in DHL, Emirates, Heineken, PirelliRolex ilə birlikdə altıncı qlobal tərəfdaşı oldu.

“Aramco” Formula 1-i idmanın dinamik cazibəsi və böyüməkdə olan qlobal fan bazasını düzgün qiymətləndirərək onu, ilk qlobal sponsorluq platforması olaraq seçdi. Formula 1-in beynəlxalq platforması “Aramco”nu, 500 milyon azarkeş kütləsi ilə məşhur olan bir auditoriyaya bağlayacaq və uğur hekayələrini dünyaya daha yaxşı çatdırmağa imkan verəcəkdir.

Tərəflər arasında imzalanan müqavilədən sonra, Səudiyyə Ərəbistanında qran-pri keçirilməsi müzakirələri aparılır. Yaxın Şərqdə, BəhreynƏbu-Dabi qran-prilərindən sonra üçüncü ola biləcək Saudi GP barədə Daily Mail qəzetinə verilən müsahibə, təxminlərin doğru olacağını təssdiqlədi.

Formula 1 və Aramco davamlı yanacaq, inkişaf etmiş mühərrik effektivliyi və inkişaf etməkdə olan hərəkət texnologiyası imkanlarını müəyyənləşdirmək üçün əhəmiyyətli dərəcədə ortaq təcrübələrini birləşdirəcəkdir.

Müqavilədə, Aramco üçün treydinq markası, 2020-ci ildə ABŞ, İspaniyaMacarıstan qran-prilərinə titul haqqlarına sahib olmaq hüququ, “Aramco”nun nəqliyyat texnologiyasında bir yenilikçi mövqeyini nümayiş etdirmək üçün Formula 1-in rəqəmsal platformalarında yayım inteqrasiyası və ekspozisiyası daxildir.[7]

Formula 1-in sədri və icraçı direktoru Çeyz Keri müqavilə barəsində dedi:

“Aramco-nu Formula 1 ailəsinə 2020 mövsümümüzə başlayarkən uzunmüddətli Qlobal Tərəfdaş olaraq salamlamaqdan məmnunuq. Birgə təcrübəmizi bölüşərək, Aramco ilə texnoloji yeniliklər üzərində işləyəcək və yanacaq-enerji sektorundakı təcrübədən böyük fayda əldə edəcəyik.”

Aramco-nun prezidenti və icraçı direktoru Əmin Nasirin bu müqavilə barəsində fikirləri:

“Dünyada milyonlarla azarkeşi olan, güclü qlobal idman markası Formula 1 ilə tərəfdaş olmaqdan məmnunuq. Dünyanın ən böyük enerji tədarükçüsü və bir yenilikçi lideri olaraq, daha effektiv işləyən mühərriklər və daha təmiz enerji üçün prinsipal həllər tapmağa çalışırıq. Bu kimi tərəfdaşlıqlar ambisiyalarımıza çatmağımıza kömək etmək üçün vacibdir.”[8]

  1. İllik hesabat. 2020.
  2. "londonlovesbusiness.com". 2015-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  3. "Big Oil, bigger oil". Financial Times. 4 February 2010. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2015.
  4. "Contact Us" Arxivləşdirilib 2012-06-05 at the Wayback Machine, Saudi Aramco; retrieved 5 November 2009. "Headquarters: Dhahran, Saudi Arabia Address: Saudi Aramco P.O. Box 5000 Dhahran 31311 Saudi Arabia"
  5. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; facts2013 adlı istinad üçün mətn göstərilməyib
  6. Aramco Overseas Company - About Saudi Aramco Arxivləşdirilib 2014-10-18 at the Wayback Machine, aramcooverseas.com; accessed 11 November 2014.
  7. "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  8. "Arxivlənmiş surət". 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]