Saur-Moqila

Saur-Moqila
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 47°55′19″ şm. e. 38°44′25″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Saur-Moqila (rus. Саур-Могила) və ya Savur-Moqila (ukr. Савур-могила) ― Ukrayna ilə Rusiyanın Rostov vilayətinin sərhədindən təxminən 5 kilometr (3.1 mil) məsafədə, Donetsk silsiləsində yerləşən strateji yüksəklik.

277,9 metr hündürlüyündəki təpə 1963-cü ildə Ukraynalı memar Anatoliy İqnaşenko tərəfindən İkinci Dünya Müharibəsi zamanı Saur-Moqilanın azad edilməsinin 20-ci ildönümünə tikilmiş böyük bir abidə kompleksi ilə daha çox tanınır.

Təpə əslində tarii bir kurqan qəbirdir. Təpənin adı da məhz bunla bağlıdır. Belə ki moqila ukrayn dilində "kurqan" deməkdir. Saur sözünün isə türk dilindən gəldiyi və "at sarğısına bənzər çöl kurqanı" mənasını verdiyi düşünülür. Rozamund Bartlett yazır: "Orta əsrlər dövründə ruslarla türklər və tatarlar arasında bir növ sərhəd rolunu oynayan bu xüsusi kurqan haqqında bir çox məşhur rəvayətlər yayılmışdır; Saur onlarda ya pis bir Türk xanı, ya da kazak qəhrəmanı olaraq göstərilir.[2]

İkinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

İkinci Dünya Müharibəsi zamanı Sovet qoşunları 1943-cü ilin avqustunda Alman qüvvələrindən hündürlüyə nəzarəti ələ almağa müvəffəq olduqda Saur-Moqila gərgin döyüşlərin mərkəz nöqtəsi idi.

1963-cü ildə təpənin üstündə həlak olmuş əsgərlərin şərəfinə həsr olunmuş bir xatirə kompleksi açıldı.[3] Abidə üzərində sovet əsgərinin dəmir-beton heykəli olan obelisk, obeliskə aparan yamac boyunca düzəldilmiş dörd dəmir-beton heykəl (hər biri döyüşdə iştirak etmiş piyada, tankçı, topçu və təyyarəçiləri təmsil edir) və həlak olanların adları yazılmış divarlardan ibarətdir.

2014 Donbas müharibəsi

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Donbasdakı Ukrayna qoşunları ilə Rusiyapərəst separatçılar arasında baş verən hərbi qarşıdurmanın ilk aylarında Savur-Moqila hündürlüyü Rusiyapərəst döyüşçülər tərəfindən ələ keçirildi. 23 iyul 2014-cü ildə Rusiyapərəst qüvvələr inkişaf etmiş bir zenit sistemindən istifadə edərək Saur-Moqila üzərindən 5 182 metr məsafədə uçan Ukrayna Hava Qüvvələrinə məxsus iki Suxoy Su-25 hücum təyyarəsini vurdu.[4][5]

İntensiv döyüşlərdən sonra, 28 iyul 2014-cü ildə Ukrayna Silahlı Qüvvələri Saur-Moqilanın idarəsini rusiyapərəst döyüşçülərdən geri aldıqlarını iddia etdilər.[6] Lakin Rusiyapərəst Donetsk Xalq Respublikasının komandiri İqor Qirkin Saur-Moqilanın itirildiyini inkar edərək döyüşlərin davam etdiyini söylədi.[7] Yüksəklik 9 avqust 2014-cü ildə Ukraynanın 25-ci Hava-Desant briqadası tərəfindən tutulsa da,[8] DXR 26 Avqust 2014-cü ildə təpəni yenidən geri aldı.[9][10] Döyüşlər zamanı yüksəklik Ukrayna və DPR arasında təxminən 8 dəfə yer dəyişmişdir.

Memorialın dağıdılması

[redaktə | mənbəni redaktə et]

Xatirə abidəsi bir neçə həftə davam edən güclü zərbələrdən sonra 21 avqust 2014-cü il tarixində çökdü.[9][11]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Rosamund Bartlett, Chekhov: Scenes from a Life (Free Press, 2005), s. 45.
  3. GPW Veterans Celebrate Victory Day At Savur-Mohyla Arxivləşdirilib 2021-04-22 at the Wayback Machine, UKRINFORM, 9 may 2008
  4. Two Ukrainian fighter jets shot down as Kiev accuses Moscow of sending more arms to fighters Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine, FoxNews, 23 iyul 2014.
  5. Two Ukrainian military jets shot down over rebel-held area Arxivləşdirilib 2019-02-04 at the Wayback Machine, Washington Post, 23 iyul 2014.
  6. Ukrainian Armed Forces take control of Saur-Mohyla - report to president Arxivləşdirilib 2019-03-06 at the Wayback Machine, Interfax, 28 July 2014.
  7. "Ukraine claims more territory as fight intensifies with rebels". Reuters. 28 iyul 2014. 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2014.
  8. Ополчение отступило со стратегической высоты Саур-Могила Arxivləşdirilib 2018-08-28 at the Wayback Machine // RIA Novosti, 9 August 2014
  9. 1 2 Panoramic video of the destroyed memorial Arxivləşdirilib 2014-08-30 at the Wayback Machine, Lifenews.ru, August 28, 2014
  10. Donetsk militia claims assuming control of border stretch to Azov Sea Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine, ITAR-TASS, 26 August 2014
  11. Savur-Mohyla Left Without Obelisk Because of Shelling Arxivləşdirilib 2017-10-19 at the Wayback Machine, Censor.NET, 21 avqust 2014