Ümumi sayı | ||||||
---|---|---|---|---|---|---|
30 000-dən çox[1][2] | ||||||
Yaşadığı ərazilər | ||||||
| ||||||
Dini | ||||||
Daxildir | ||||||
Ləzgi xalqları | ||||||
Mənşəyi | ||||||
Qafqaz albanları | ||||||
Qohum xalqlar | ||||||
Digər Ləzgi xalqları |
Saxurlar (sax. yixbı (йихъбы) / tsaxbı (цIаIхбы)) — Azərbaycanın Qax,[5] Zaqatala[6] və Balakən[7] rayonlarında, eləcə də Dağıstanın Şəki-Zaqatala bölgəsi ilə həmsərhəd olan Rutul rayonunda yaşayırlar. Sayları 30 mindən çoxdur.[1][2] Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dilində, eləcə də Azərbaycan dilində danışırlar.[8] Dini baxımdan sünni müsəlmandırlar.
Hazırda 12 məktəbdə saxur dilində dərslər keçirilir. Həmin məktəblərdə ümumilikdə 105 sinif var və 2500-ə yaxın şagird təhsil alır.
Saxurların yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi rayonuna daxildir. Son onillikdə orta illik əhali artımı 1,5 % olmuşdur ki, bu da orta respublika səviyyəsindən azdır.
Saxurların ən məşhur nümayəndələri arasında fizika-riyaziyyat elmləri doktoru Abdulla Muxtarovu, professor Abdulla Qarayevi, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımovu,Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovu,yazıçı-publisist Əhməd İsayevi,filologiya elm doktoru-professor-sovet türkoloqu Səlim Cəfərovu,Tarixçi Dağıstan Dövlət universitetinin professoru Harun İbrahimovu,tarixçi dosent Elvira Lətifova,Bonn Universiteti Şifahi tarix fənni üzrə doktor Rasim Mirzəyev,Azərbaycan Texniki Universitetinın rektor əvəzi Xalıq Yahudov,Sovet Sosialist Əməyi Qəhrəmanı Minə Nəzirovanı,cüdo üzrə Avropa və Dünya kuboku çempionu Oruc Vəlizadəni, əməkdar MMA döyüşçüsü Samir Abdullayevi, muay tay və kikboksinq üzrə məşhur idman ustası Renat Yusubovu və s digərlərini göstərmək olar.
Hazırda onların Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.[8]
İnzibati-ərazi vahidi | Sayı, 2002 sa. |
---|---|
cəmi | 8 168 |
Rutul rayonu | 4 971 |
Mahaçqala şəhər ə/d | 2 098 |
Qızılyar rayonu | 535 |
Xumtorqala rayonu | 123 |
digər | 441 |
İnzibati-ərazi vahidi | 1999 sa. | 1999 sa. |
---|---|---|
cəmi | 15 877 | 12 289 |
Zaqatala rayonu | 13 114 | 11 203 |
Qax rayonu | 2 612 | 1 008 |
Balakən rayonu | … | 34 |
Sumqayıt şəhər ə/d | … | 8 |
Qusar rayonu | 5 | … |
digər | 146 | 36 |
1967-cı ilin məlumatlarına görə saxurlar Dağıstanın 13 kəndində: Saxur, Gelmets, Kurdul (Lek), Mikik, Mişleş, Xiyax, Suqyut, Muslax, Attal, Korş, Cınıx, Baş-Kələl, Baş-Muxax; Azərbaycanın isə 16 kəndində yaşayırdılar: Muxax (7,2 min), Suvagil (Yeni Suvagil) (5,5–6 min), Qarqay, Kələl, Dağlı (keçmiş Əli Bayramlı kəndi) (3 min), Mamrux (2,1 min), Sabunçu (2 min), Qum (1,5–2 min), Gözbarax (2 min), Mişleş (Çinçar) (7–7,5 min), Çinarlı (1,2 min), Ləkit Kötüklü (1,2 min), Ağdam-Kələl, Qas, Armudlu ,Ələsgər, Ağyazı (Üzümlü) (1–1,5 min).[9][10] Əsasda Şəkidə məskunlaşıblar.
Saxur mətbəxi müxtəlif yeməklərlə zəngindir. Xəmir xörəkləri isə onların ən çox sevdikləri yeməklərdən sayılır. Saxurların mətbəxində bir çox yemək növləri qaxalca hazırlanır. Bundan başqa, onların mətbəxində "sürhüllü", "xikeyi", "xingili" adlı yemək növləri də məşhurdur. Saxur mətbəxinin şah yeməyi sürhüllüdür. Sürhüllü əsasən qaxac ətlə hazırlanır. Lakin toyuq əti və təzə ətlə də hazırlanır. Daha sonra "tələ", "qomba", "cint", "bircəh" də saxur mətbəxinə aiddir.[11]
Saxurlara Qafqazın aborigen etnosudur. Saxurlar Qafqaz Albaniyasının 26 tayfasından biridir. Onlar Alban tayfalarından olan "çiqbi" tayfasına uyğun gəlir.[12] Özlərini "yıxiy" adlandırırlar. "Yıxiy" sözünün etimaloji mənası "dağlı" deməkdir. Alban tayfalarının tərkibi barədə məlumat verən Strabondan başlayaraq müasir tədqiqatçılara kimi hamı bu fikirdədir. Hətta Qəmərşah Cavadovanın konkret misallar əsasında yazdığı kimi "saxurların Qafqazın qədim xalqlarından olmasını qədim gürcü və erməni mənbələri də təsdiq edir."[13]
Ulu tarixçi Strabon öz məşhur "Coğrafiya"-sında Alban ərazisindəki Qanıx çayı barədə bilgi verir və "xьan" adının saxur dilindəki su (çay) sözündən yarandığını söyləyir.[12][14] Strabonun məlumatına əsaslanan Q. Qeybullayev "Azərbaycanlıların etnogenizminə dair" adlı kitabında (Bakı 1991) belə bir qənaətə gəlir ki, "saxurların əcdadı Alazan (Qanıx) çayının, adı onların dilində olan qolunun (yəni Qanıxın) vadisində yaşayırdılar".[14]
Tədqiqatçı Elvira Lətifova yazır ki, saxurların hər hansı dövrdə Qafqaz Albaniyasının şimal-qərb ərazisinə kütləvi köçü, yaxud basqını haqqında heç bir mənbə yoxdur.[15] Bu da, saxurların həmin ərazilərdə daha öncədən yaşamasını göstərir.
<ref>
etiketi; "ReferenceB" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |